“Telefon danışıqlarının yayılması üç reallıqdan xəbər verir” - ŞƏRH

"Ermənistanın Milli Təhlükəsizlik və Xüsusi İstintaq Xidmətlərinin rəhbərləri arasında Köçəryanla Xaçaturovun tutulmaları ilə bağlı telefon danışıqlarının yayılması üç reallıqdan xəbər verir".

Bunu millət vəkili Sahib Alıyev deyib.

"Birincisi, ondan xəbər verir ki, bu ökənin xüsusi xidmət orqanları və həmin qurumlara rəhbərlik edənlər "xüsusi nəzarət" altındadırlar, bəlli mərkəzlər onların atdıqları hər addımdan xəbərdardırlar və əgər bu cür davam etsələr, yeni ifşaedici faktlar, eyni zamanda da digər əməliyyat xarakteli hallarla rastlaşacaqlar.

İkincisi, bu, Rusiya ilə Ermənistan arasında əlaqələrin Paşinyanın qeyd etdiyi "ən yüksək səviyyə"də deyil, bir siyasətçi kimi onun səviyyəsiyyəsində olduğunun göstəricisidir. Belə görünür ki, Ermənistanın baş naziri Moskvaya gedərkən Kremlin öncədən anons etdiyi "ciddi suallar"a ondan ciddi cavab alınmayıb.

Üçüncüsü, bu telefon danışıqları ordakı həbslərin siyasi xarakterli olmasının növbəti təsdiqidir. Bəli, Köçəryan və Ermənistandakı hərbi xuntanın digər təmsilçiləri əsl cinayətkarlardır. Ancaq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin Xüsusi İstintaq Xidmətinin rəhbərinə, "Xaçaturova toxunulmasın bu, Rusiyanın xoşuna gəlməyəcək, onun yerinə Ohanyan tutulsun" kimi məsləhətləri burada edilən həbslərin arxasında qisasçılığın dayanmasından və hüquqdan yox, siyasətdən söhbət getdiyini ortaya qoyur"-deyə, deputat fikrini tamamlayıb.

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR