Paşinyanın danışıqları pozmaq cəhdi

Və Azərbaycanı təxribata çəkməyə hesablanmış sərsəm açıqlamaları

Ermənistanın baş naziri Nikol Paşinyan ciddi cəhdlə Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar prosesinə mane olmağa çalışır. İnqilabçı baş nazirin hakimiyyəti zəbt etdiyi gündən bu istiqamətdə atmış olduğu addımlar, eləcə də verdiyi qeyri-konstruktiv açıqlamalar belə deməyə əsas verir. Paşinyanın "Rəsmi Bakı razı olarsa, Qarabağ tərəf kimi danışıqlar masası arxasına otura bilər", yaxud "Ermənistan Qarabağın təhlükəsizliyinin təminatıdır və danışıqlar da bu istiqamətdə getməlidir. Buna görə də, Qarabağın danışıqlar prosesinə qoşulması vacibdir, çünki bu tərəfin müzakirə masasında olmaması həll prosesinə mane olur. Əgər Bakı razılaşarsa, o zaman Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması maraqlı olmalıdır" kimi açıqlamarından aydın görünür ki, işğalçı ölkənin baş naziri bir tərəfdən danışıqlar prosesinə mane olmağa, digər tərəfdən də rəsmi Bakını qıcıqlandıran açıqlamalar verməklə Azərbaycanı təxribata çəkməyə çalışır. Elə ekspertlər də bu qənaətdədirlər ki, Ermənistan baş nazirinin son açıqlamaları məhz qeyd edilən maraqlara xidmət edir. Müstəqil ekspert Rövşən Məmmədli deyir ki,   Nikol Paşinyan sərəsəm bəyanatları ilə: öncə cəbhə xəttində Ermənistana tam sərf edən, Azərbaycana isə heç sərf etməyən mövcud durumu uzatmaq, davam etdirmək istəyir: " İkincisi isə, hiyləgər ermənilərin afirist lideri Qarabağ məsələsində "Qarabağın ermənilərə məxsusluğunu"gözə soxmaq istəyir. Onun deyiminə fikir verin "Ermənistan Qarabağın təhlükəsizliyinin təminatıdır". Yaxud  "Qarabağın danışıqlar prosesinə qoşulması vacibdir". Sanki Qarabağ Azərbaycan dövlətinin bir parçası, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış tərkib hissəsi, ərazisi deyildir. Nikol Paşinyan yaxşı bilir ki, Ermənistan kənar dövlətdir, heç zaman "Qarabağın təhlükəsizliyinin təminatçısı" ola bilməz. Bu ərazi Azərbaycanın qanuni ərazisidir. Nikol Paşinyan mundar erməni burnunu Azərbaycanın daxili işlərinə soxur. Əgər o, desəydi Ermənistan "Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təminatıdır" onda bunu haradasa yenə başa düşmək olardı. Paşinyan kimdir ki, Azərbaycanın daxili işlərinə qarışır". Rövşən Məmmədlinin sözlərinə görə,  əgər Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətini tanıyıb, onun qanunlarına birbaşa tabe olarlarsa, o zaman Azərbaycan dövləti öz vətəndaşları kimi onların da təhlükəsizliyini təmin edilməsində iştirak edər, inkişafların üçün gərəkən addımları atar. Qarabağ hansı hüquq və səlahiyyətlə danışıqlar prosesinə qoşula bilər. Axı Qarabağ götürəndə bir bölgə adıdır, ondan başqa onun bir anlamı yoxdur. Qarabağda yaşayan ermənilər isə İrəvandan-Gorusdan 1988- ci illərdə ora doluşan erməni silahlı quldurlarının təhriki ilə seperat hərəkətə başlayaraq orada yaşayan 60-70 min aboregen azərbaycanlıları zorla oradan qovmuş, İrəvanın,Moskvanın dəstəyi ilə xalqımıza qarşı qırğınlar, qətliamlar törətmiş və sonucda etnik təmizləmə apariblar. Əslində bu hal insanlıq əleyhinə, dövlət əleyhinə cinayətlərdi və bu seperatizmin təşkilatçıları Azərbaycanın Cinayət Məcəlləsinin uyğun maddələri ilə məsuliyyətə cəlb olunmalıdırlar. Belə bir vəziyyətdə nə Azərbaycanın Konstitusiyası, nə də beynəlxaq hüquq Dağlıq Qarabağda yaşayan separatçı ermənilərə hər hansı bir hüquq tanımır və onlar tərəf kimi Azərbaycan dövləti ilə danışıqlar apara bilməzlər. Qaldı Ermənistana BMT-nin məlum 4 qətnaməsinə əsasən heç bir qeyd şərtsiz, dərhal işğalçı qoşunlarını Azərbaycanın 20 faiz işğal altında saxladıqları ərazisindən çıxarma tələbinə, həmin qətnamələr yerinə yetirilməli və Azərbaycan dövləti, həmin ərazilərdə öz hakimiyyətini bərpa edərək, bu hakimiyyəti tanıyan yerli ermənilər idə öz vətəndaşıları kimi himayə etməlidir. Aydındır ki, Nikol Paşinyan axmaq deyil, bunları yaxşı bilir. Bəs nədən hakimiyyətə gəldiyi gündən bu məsələdə israr edir?. Bir səbəbin əsasını yuxarıda qeyd etdim. Danışıqların vaxtını bacardıqca uzatmaq. Bəs daha nə. Görünür Nikol Paşinyan Azərbaycandakı Kremlin 5-ci kalonlarına ümid edir. Ona görə də Nikol Paşinyanın 10 milyon Azərbaycan xalqının mövqeyini görməməzliyə vurması düşündürücüdür. Ancaq fakt odur ki, rəsmi Bakı da heç vaxt elə bir mövqe sərgiləməyib ki, Paşinyan bundan ümidlənib "Qarabağı tərəf" kimi bizə sırıyıb öz işğalçılıq, cinayətkar fəaliyyətini gizlətsin. Rəsmi Bakı və Azərbaycan xalqı həmişə bu məsələdə bir mövqedən çıxış ediblər". Ekspert deyib ki,  müharibənin tərəfləri Ermənistan və Azərbaycandır: "Ermənistan təcavüzkar və işğalçı dövlətdir, Azərbaycan isə ərazisi işğala məruz qalan və bir milyon məcburi köçkünü olan dövlətdir. Bunu bütün beynəlxalq qurumlar və dövlətlər də dəfələrlə təsdiqləyiblər. Görünür  son vaxtlar Azərbaycan hakimiyyətinin sükutu Paşinyanı daha da həvəsləndirir, xəyallarını canlandırır. Odur ki, Azərbaycan gecikdirmədən elə günü sabahdan Qrabağda hərbi əməliyyatları bərpa edib, erməni işğalçı ordusunu ərazuilərimizdən kürüyüb Gorusdan o tərəflərə, ,hətta Göyçədən də  uzağa  kürüyüb tökməli, qovalamalıdır".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR