"Medvedyev Qarabağı nəzərdə tutur" - Felgenhauer

Cənubi Qafqazda vəziyyət çox mürəkkəbdir və yaxın gələcəkdə Qarabağda silahlı qarşıdurma baş verə bilər.

Bu iddia ilə rusiyalı hərbi ekspert Pavel Felgenhauer çıxış edib.

"Bu münaqişənin Gürcüstana təsir edəcəyi qaçılmazdır. Çünki Gürcüstan Rusiyanın quru yolla Ermənistana ünsiyyət qura biləcəyi yeganə ölkədir", - deyə ekspert qeyd edib.

Pavel Felgenhauer Rusiyanın Ermənistanla münasibətlərinin gərgin olduğuna da diqqət çəkib:

"Moskva və İrəvan arasındakı münasibətlər gərgindir. Buna görə də Rusiyanın Baş naziri Dmitri Medvedyev açıq formada dedi ki, NATO-nun Gürücüstan və Ermənistana doğru irəliləməsi müharibəyə səbəb ola bilər.

Hesab edirəm ki, o, Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutub. Şübhəsiz ki, bu vəziyyətdə Qarabağ müharibə üçün əsas poliqon rolunu oynayacaq".

Teleqraf.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR