Asim Mollazadə: “Ermənistanda cinayətkarların arxalandığı qüvvələr var"

"Ümumiyyətlə Ermənistanda hərbi cinayətkarlar hakimiyyətə gələn dövrdə onların əlləri təkcə azərbaycanlıların qanına batmayıb, eləcə də bu canilər zamanla erməniləri də qırıblar".

Bunu açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

"Ümidvaram ki, vaxt gələcək bütün bu hərbi cinayətkarlar beynəlxalq tribunalın hökmü ilə üzləşəcəklər. Beynəlxalq hüquq normaları da bunu tələb edir. Bu gün Robert Köçaryan həbs edilib və Ermənistan məhkəməsi onun işlərinə baxır. Ancaq bu cinayətkarların işlərinə beynəlxalq tribunal baxmalıdır. Cinayətkarlardan biri Yuri Xaçaturov azad edilib və Moskvaya öz sahiblərinin yanına qayıdıb. İstisna etmirəm ki, bu təzyiqlərin nəticəsində Köçaryanı da azad edə bilərlər. Göründüyü kimi bu cinayətkarların arxalandığı qüvvələr var. Hal-hazırda bu vəziyyət mürəkkəb olaraq qalır"-deyə, deputat fikrini tamamlayıb.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Köçəryanın həbsi ilə bağlı deyib: "Ermənistanda baş verən hadisələr (həbslər) ölkənin yeni liderlərinin daha öncəki hakimiyyət nümayəndələrini təqib etməyəcəkləri ilə bağlı verdikləri bəyanatlarına ziddir. Moskvada mövcud böhranın həll olunması kompromislər sayəsində həll olunsa da, son günlər baş verənlər pozitiv köklənməni pozur və yeni hakimiyyətin bəyanatlarına cavab vermir".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR