Azərbaycan nümayəndə heyətinin üzvləri Macar Turan Fondunun rəhbəri ilə görüşüb

Macarıstanda keçiriləcək VI Hun-Türk Qurultayında iştirak etmək üçün bu ölkəyə səfər edən Azərbaycan nümayəndə heyətinin üzvləri səfər çərçivəsində bir sıra görüşlər keçiriblər.

"OLAYLAR" xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Macar Turan Fondunun başkanı Andras Biro ilə görüşüblər. Görüşdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəhbəri İlham İsmayılov, tanınmış sənətçi Şəmistan Əlizamanlı və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin iştirak edib. Görüş zamanı ATXƏM-lə Macar Turan Fondu arasında əməkdaşlığın inkişaf perspektivləri, Türk dünyasının birlik və bərabərliyinin daha da möhkəmləndirilməsi istiqamətində atılmalı vacib olan addımlar və s. barədə fikir mübadiləsi aparılıb. Görüşün sonunda ATXƏM sədri Andras Biroya xatirə hədiyyəsi təqdim edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR