“Sanksiyaların “Cənub-Qaz Dəhlizi”nə tətbiqi mümkün deyil" - MÜNASİBƏT

"Avqustun 7-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yenidən qüvvəyə mindiyi barədə fərman imzalayıb. Bu sanksiyaların İranın idxal-ixrac əməliyyatlarına, İranla əməkdaşlıq edən şirkətlərə tətbiq olunacağı deyilir. Bəzi dairələr İrana tətbiq olunacaq sanksiyaların "Cənub-Qaz Dəhlizi" layihəsinə də təsiri olacağını deyirlər. Amma bu qətiyyən belə deyil".

Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Trampın sanksiyaları paketində təbii qaz istisna təşkil edir: "Burada "Cənub-Qaz Dəhlizi" layihəsi nəzərdə tutulmur. Azərbaycan balanslaşdırılmış beynəlxalq siyasət yürüdür. Ölkəmiz Ermənistan istisna olmaqla dünyanın bütün ölkələri ilə dostluq edir və o cümlədən Azərbaycanın ABŞ-la çox yüksək səviyyədə əməkdaşlıq və dostluq münasibətləri var.

ABŞ Azərbaycanın strateji tərəfdaşıdır və heç bir halda İrana tətbiqi nəzərdə tutulan sanksiyaların "Cənub-Qaz Dəhlizi" layihəsinə tətbiqi mümkün deyil. Düşünürəm ki, bu fikiri yayanlar Azərbaycanı istəməyən dairələrdir və belə uydurma fikirlər Azərbaycanı düşündürmür".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR