Rusiya Qriqori Karasinin dili ilə aydın şəkildə bildirdi ki,….

Mübariz Əhmədoğlu: "İrəvan cəzalana bilər"

Ermənistan hakimiyyətinin ikili oyunu, aprel inqilabından keçən dövr ərzində hələ də Qərblə Rusiya arasında seçim edə bilməməsi Kremldə ciddi narahatçılıqla qarşılanmaqdadır. Digər tərəfdən Paşinyan hakimiyyətinin Rusiyanın Ermənistanda olan dayaqlarını sarsıltması, Rusiyameyilli erməni siyasi və iş adamlarının təqiblərə məruz qalması, onlara qarşı cinayət işinin açılması da Moskvanın əsəbələrini yerindən oynadıb desək yanılmarıq. Hər nə qədər şimal qonşumuz Ermənistanın ağıllanacağı, Qərbə meyillikdən vaz keçəcəyi ümidi ilə yaşasa da, lakin hazırkı situasiyada müşahidə edilən mənzərə ondan ibarətdir ki, İrəvan tədricən Moskvadan qopmaq barədə düşünür.

Bu ərəfədə Şimali Atlantika Hərbi Alyansının (NATO) Gürcüstanda keçirməyi nəzərdə tutduğu hərbi təlimlərdə Ermənustanın da iştirak ermək niyyətini açıqlaması Rusiya Federasiyasında əməllicə qıcıq yaradıb. Məlumat üçün qeyd edək ki, keçən il də anoloji hadisə baş vermişdi və İrəvan NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərində iştirak etmək niyyətini açıqlamışdı. Lakin sonradan Kremlin ciddi təpkisi nəticəsində sabiq prezident Serj Sərkisyan Ermənuistanı NATO-nun Gürcüstanda keçirilən təlimlərində iştirakdan kənarda qoydu. Daha dəqiq desək İrəvan son anda Kremlin qəzəbindən özünü sığortalaya bildi. İndi isə situasiya bir qədər fərqli görünür. Bir qədər konkretləşdirsək inqilabçı baş nazir Nikol Paşinyan hələlik özünü səriştəsiz, sözünə bütöv, tüpürdüyünü yalamayan biri kimi göstərməyə çalışır. Paşinyan gözəl bilir ki, NATO-nun Gürcüstandakı hərbi təlimlərindən imtina etsə ona iki istiqamətdən zərbə dəyəcək. Birincisi, ən başlıcası xalqın ona olan inamı bir qədər də sarsılacaq və cəmiyyət onun Sərkisyan hakimiyyətindən heç bir fərqi olmayacağı qənaətinə gələcək. Hətta xalqın etiraz dalğası yendiən qalxa və Paşinyanın hakimiyyətə gəldiyi kimi də hakimiyyətdən uzaqlaşdırılacağı şübhəsizdir. Ona görə də Nikol Paşinyan son ana qədər dirəniş göstərərək NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərində Ermənustanın iştirakına nail olacaq.

İkincisi, Ermənistanın NATO təlimlərindən keçən ilki kimi imtina etməsi İrəvanın onsuz da olmayan imicinə mənfi təsir göstərəcək, bu ölkə Qərb, Avropada bird aha qeyri-ciddi dövlət kimi tanınacaq. Ona görə də Ermənistanın NATO təlimlərində iştirakdan başqa alternativi yoxdur. Bu addımın atılması isə təbii ki, İrəvanın Kreml tərəfindən cəzalandırılması ilə nəticələnəcək. Və təsadüfi deyil ki, elə son günlər bu məsələ daha da aktuallığını artırıb və indi həm Rusiyada, həm də Ermənistanda Moskvanın İrəvanı cəzalandıracağından danışırlar. Bu arada Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinin Ermənistan ilə bağlı verdiyi açıqlama da təsadüfi sayıla bilməz. Bir növ Rusiya xarici siyasət idarəsinin rəsmisi Ermənistan rəhbərliyinə İrəvanın cəzalandırılacağının anonsunu vermiş oldu. Elə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da bu qənaətdədir. O, bildirib ki, Rusiya Federasiyası bu ölkənin xarici işlər nazirinin müavini Qriqori Karasinin dili ilə aydın şəkildə bildirdi ki, İrəvan cəzalana bilər: "Rusiya Federasiyasının xarici siyasət idarəsinin müavini Qriqori Karasin dedi ki, İrəvan təcavüzünü davam etdirəcəyi təqdirdə Ermənistan cəzalana bilər. Məlumat üçün qeyd edək ki, Rusiya Federasiyasının  xarici işlər nazirinin müavini Qriqori Karasin 2008-ci il avqust Gürcüstan olaylarına münasibət bildirərkən diqqət çəkən fikir də bildirdi: Dünyanın digər paytaxtları da nəticə çıxarmalıdır ki, təcavüzə qarşı cəza qarşısı alınmazdır. 2008-ci il və sonralar çox ciddi mübahisə gedirdi və erməni tərəfi Azərbaycanı qorxutmağa çalışırdı. 2008-ci ilin avqust hadisələrindən sonra baş verən proseslər dünya dövlətləri içərisində hansı paytaxtın təcavüzkar olduğunu da aydınaşdırdı. 2009-cu il həmsədr ölkə prezidentləri tərəfindən qəbul olunmuş Yenilənmiş Madrid Prinsipləri qəbul edildikdən sonra ATƏT-in  Minsk Qrupu bir neçə dəfə Ermənistanı işğalçı dövlət adlandırdı. Bu həm rəsmi bəyanatlarda var,  həm ATƏT-in Minsk Qrupu həmsədrlərinin, xüsusilə amerikalı həmsədr Ceyms Uorlikin verdiyi bəyanatlarda da özünü göstərir. Beləliklə, təcavüzkar paytaxt bəllidir və bu Yerevandır". Mübariz Əhmədoğlu deyib ki, Ermənistan-Rusiya münasibətlərinin indiki vəziyyətində Rusiyanın köhnə mövzunu yada salmasını da təsadüfi hesab etmir: " Ermənistan normal münasibətlər sisteminə qarşı qayıdarsa, beynəlxalq hüquqa riayət edərsə bu ilk növbədə onun özü üçün faydalıdır".

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR