“Sanksiyalar Azərbaycanla İran arasındakı iqtisadi əlaqələrə təsirsiz ötüşməyəcək”

"Artıq neçə vaxtdır ki, ABŞ İrana sanksiyalar tətbiq edəcəyini bildirirdi. Bundan sonra İranın pul vahidi sürətlə inflyasiyaya uğramağa başladı və dollara nisbətdə dəyər itirməkdədir".

Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, İran bundan sonra xaricə qiymətli metal sata bilməyəcək: "Həmçinin bank əməliyyatları apara bilməyəcək. Avtomobil sənayesi də ciddi zərər görəcək. İranlı məmurlar etiraf ediblər ki, ölkədə 1 milyon adam işsiz qala bilər".

Bu sanksiyaların Azərbaycana təsirindən də danışan politoloq bildirib ki, Neftçaladakı avtomobil zavodu zərər görə bilər: "İstehsal ləngiyə bilər. İran istehsalın bütün sahələrini ölkəmizdə yaratmalı idi. Bu proses ləngiyə bilər. Çünki İran özü böhran dövrünə daxil olur. İran üçün sanksiyaların ikinci hissəsi noyabrda başlayacaq və bu dəfəki sanksiyalar neft istehsalı ilə bağlı olacaq. Yəni İrandan neft alan bəzi ölkələr bunu dayandırmaqla bağlı qərar verirlər. Ölkədə vəziyyətin ağırlaşacağı, "işsizlər ordusu"nun yaranacağı gözlənilir. Bir sözlə, sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə vuracaq. Biz bunu arzulamazdıq. Bu sanksiyalar Azərbaycanla İran arasındakı iqtisadi əlaqələrə təsirsiz ötüşməyəcək".

Azadinform

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR