ABŞ-ın ermənipərəst konqresmenləri “demokratiya adından quldura” çevriliblər- Mübariz Əhmədoğlu

"N.Paşinyan təxminən iki ay yarımdır Ermənistana baş nazirlik edir. Bu iki ay yarım ərzində ABŞ konqresmenləri 4 dəfə Ermənistanın demokratik olması və demokratik olduğu üçün Ermənistana pul verilməsi mövzusunda ABŞ Dövlət Departamentinə və "Minilliyin Çağırışı" Proqramının rəhbərliyinə müraciətlər ediblər." Bunu   Siyasi İnnovasiya və  Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyib:"

Ermənistan demokratik dövlət deyil, olmayıb və ola bilməz:

ı. N.Paşinyan bəyan etdi ki, onun inqilabınadək Ermənistanda keçirilən seçkilərin heç birisi demokratik olmayıb.

ıı. 2 və ya 3 ay ərzində heç bir cəmiyyət demokratik ola bilməz.

ııı. Ermənistan Rusiyanın təsiri zonasındadır. Ermənistanın siyasət və iqtisadiyyatının hüdudlarını RF müəyyənləşdirmək imkanındadır. RF Ermənistandakı demokratik, söz azadlığı proseduralarını da hüdudlandırmaq imkanındadır. Başqa sözlə, Ermənistandakı demokratiya Rusiyanın maraqlarına təhlükə yaratmayan həddədək inkişaf edə bilər.

ıv. Rusiya amilinin ən bariz nümunəsi ABŞ-ın ermənipərəst konqresmenlərinin demokratiya hesab etdikləri N.Paşinyanın özüdür. Kəskin antiRusiya, Qərbpərəst siyasətçi kimi tanınan N.Paşinyan baş nazir olduqdan sonra aşkar Rusiyapərəst siyasətçiyə çevrildi.

Ümumiləşdirsək, ABŞ konqresmenlərinin ermənipərəst müraciətlərinin onların özlərini eybəcər vəziyyətə saldığını görmək olar. N.Paşinyanın baş nazirliyi dövründə Ermənistandakı proseslər ABŞ-ın Ermənistandakı səfiri R. Millzin mövqeyini 180 dərəcə dəyişdi; N.Paşinyan hökuməti üçün investisiya axtaran R. Millz iyulun 18-də bəyan etdi ki, ABŞ-dan Ermənistana yeni investisiyalardan danışmağın hətta vaxtı deyil.

Yəqin ki, ABŞ Ermənistanda demokratik seçkilərin keçirilməsini gözləyəcək. Eləcə də R.Millz "Lidian Armeniya"nın başına gətirilənləri də izləyir.

Daha bir ümumiləşdirməmiz də ermənipərəst konqresmenlərin ABŞ dövlət siyasətinə hörmətsizliyi aşkarlayır. ABŞ Dövlət Departamenti konqresmenlərdən fərqli olaraq Ermənistandakı vəziyyəti operativ izləyir.

Bu iki ümumiləşdirməmiz əsasında belə nəticəyə gəlmək mümkündür ki, ABŞ-ın ermənipərəst konqresmenləri demokratiya adından sui-istifadəni quldurluq səviyyəsinə çatdırıblar. Başqa sözlə, ermənipərəst konqresmenlər demokratiya adından quldurluqla məşğuldurlar. Hər halda özlərinin kooperativ marağı olmasaydı, demokratiya adından quldura çevrilməzdilər."

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR