“Antiazərbaycan təbliğatının ifşasına qətiyyətli mövqe nümayiş etdirməliyik” - MÜSAHİBƏ

Xanoğlan Əhmədov: "Azərbaycanda xaos yaratmaq, ölkəni vətəndaş müharibəsinə sürükləmək cəhdləri iflasa uğradı..."

Gəncə hadisələrindən yararlanan, bu hadisələrə təbliğat dəstəyi verən bir sıra saytlar var ki, Azərbaycanda milli, dini ayrıseçkilik toxumu səpmək istəyirlər. Hesab edirlər ki, milli və dini ayrıseçkilik təkcə Azərbaycan üçün deyil, eləcə də bır sıra dövlətlər üçün çox həssas bir məsələdir. Ona görə çalışırlar ki, bu amildən istifadə edib ölkələrdə dini təfriqə yaratsınlar. Amma Azərbaycanda bu mümkün olan bir şey deyil. Nəzərə almaq lazımdır ki, tarix boyu Azərbaycan xalqının əldə etdiyi, yaratdığı, qoruyub saxladığı ən böyük dəyər tolerantlıq və multikultiralizmdir. Bu səbədən ölkədə milli, dini ayrıseçkilik toxumu səpmək cəhti həmişə fiaskoya uğrayıb. Bu və ya digər mövzuda suallarımızı Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, "İlkxeber.org" saytının baş redaktoru Xanoğlan Əhmədov cavablandırır.

-Xanoğlan müəllim, xarici ölkələrdən idarə olunan, Azərbaycanda vətəndaş qarşldurması alovlandırmağa, milli, etnik, dini ayrı-seçkiliyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmağa çalışan saytlar, sosial şəbəkələr var. Sizcə, onların məqsədi nədir?

- Hazırda Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı bir neçə milyona çatır. Bu sosial şəbəkələrdən təkcə Azərbaycan insanı deyil, düşmən qüvvələr də istifadə edirlər.Təəssüf ki, Gəncədə baş verən son hadisələr zamanı bəzi saytlarda və sosial şəbəkələrdə bir sıra neqativ hallar baş verdi, əhali  arasında çaşqınlıq yaradan yalan, böhtan və şantaj xarakterli xəbərlər, məlumatlar dərc edildi. Həmin saytlar vasitəsi ilə yayılan xəbərlərdə əhali arasında çaşqınlıq yaratmaq, dövlətin nüfuzuna kölgə salmaq, aşağılamaq cəhdi aydın hiss edilirdi. Bu məlumatların qərəzsiz yazıldığını düşünsəydik, bəlkə də saytlarda gündəlik müşahidə olunan obyektiv nöqsanlardan biri  hesab etmək olardı. Ancaq bu məlumatların kənardan müadaxilə nəticəsində məqsədli və planlı şəkildə yazıldığına da müəyyən şübhələr vardı. Mətbuat Şurasının  tədbirində də çox haqlı olaraq bəzi internet informasiya resursları və sosial şəbəkə profillərinin özlərinə sərfəli fikir və düşüncələri bir növ, fakt kimi təqdim edilərək cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutanlar pislənildi. Doğrudur, Gəncə hadisələri zamanı insanları hakimiyyətə qarşı qaldırmaq cəhdlərinin, din pərdəsi altında iğtişaşlar yaradaraq Azərbaycanın nüfuzunu ləkələmək istəklərinin şahidi olsaq da, bu qüvvələr öz çirkin niyyətlərinə çata bilmədilər.Yəni Azərbaycanda xaos yaratmaq, ölkəni vətəndaş müharibəsinə sürükləmək cəhdləri iflasa uğradı...

-Bu resursların Azərbaycandakı radikal dindarlarla əlaqələri və onlara təsir imkanları varmı?

-Əlbəttə, Azərbaycanı sevməyən qüvvələrin, düşmənlərimizin belə bir niyytəti ola bilər. Ancaq buna qarşı ictimaiyyətin olduqca sərt reaksiyası var. Biz bunu vətəndaşlarımızın Gəncə hadisələrinə münasibətində əyani şəkildə gördük. Xarici təsirlərin ifşa olunmasında, vətəndaşlara obyektiv məlumatların çatdırılmasında mətbuat nümayəndələrinin rolu böyükdür. Mən hesab edirəm ki, sizin eyham vurduğunuz resursların Azərbaycandakı radikal dindarlarla əlaqələri üçün ölkəmizdə münbit şərait yoxdur. Bu səbəbdən onlara təsir imkanlarının olduğuna inanmıram.

- Onların apardığı anti-Azərbaycan təbliğatının Azərbaycan ictimai rəyinə təsiri varmı?

- Son Gəncə hadisələri, Sumqayıtla bağlı çağırışlar onu göstərdi ki, Azərbaycanda sabitliyi pozmağa yönəlik hər hansı təxribatlar, təhlükələr ictimai rəyə mənfi təsir göstərə bilməz.

- Bu resurslatın anti-Azərbaycan təbliğatına qarşı hansı tədbirlər görülməlidir?

-Azərbaycana qarşı təhlükələr həmişə olub. Yəni, Azərbaycan gücləndikcə ölkəmizə qarşı təhdidlər, informasiya müstəvisindəki təxribatlar atrır. Xüsusilə, indiki müharibə şəraitində bunu açıq şəkldə sezmək mümkündür. Ölkə vətəndaşları kimi media ictimaiyyəti də bu cür təhlükələrə qarşı ayıq olmalıyıq, anti-Azərbaycan təbliğatının ifşasına qətiyyətli mövqe nümayiş etdirməliyik.

-Azərbaycan mediası, sosial şəbəkə istifafəçiləri bu resurslatın və onların arxasında duran qüvvələrin ifşa edilməsi üçün nə etməlidirlər?

-Azərbaycan mətbuatını təmsil edənlər də bu xalqın nümayəndələridir. Vicdanlı media nümayəndələri gələcəyimizi düşünən, dövlətinə, Vətəninə bağlı olan insanlardır. Azərbaycanın gələcəyindən narahat olan insanlar gərək öz işlərini düzgün qursunlar ki, informasiya müharibəsində geridə qalmayaq, təxribatçı qüvvələrin ifşa edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edək.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR