Xalq Prezidentimizin, dövlətimizin yanındadır - MÖVQE

"Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, infrastrukturun bütün sahələrdə yenilənməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu inkişafa sevinənlər olduğu kimi, uğurlarımızı həzm edə bilməyən, bizə xaincəsinə zərbələr vurmağa çalışan qüvvələr də var".

"OLAYLAR" xəbər verir ki,  bu fikri Milli Məclisin deputatı Sona Əliyeva səsləndirib.

O, bildirib ki, Gəncədə baş verən hadisələrdə də belə pozucu qüvvələrin izləri var. Əminəm ki, hüquq mühafizə orqanları qısa müddətdə həmin təxribatçıların hamısını ifşa edib layiqli cəzalarını verəcək: "Ölkəmizin suverenliyinin qorunması uğrunda şəhid olan iki polis zabitimizə Allahdan rəhmət diləyirəm. Şəhid polislərimiz iğtişaşlar zamanı ölümü belə gözə alaraq vəzifə borclarını şərəflə yerinə yetirdilər. Vətəndaşlar belə məqamlarda diqqətli olmalı, ətrafımızdakı insanların da təxribata uymamaları üçün təbliğat aparmalıdır. Biz belə sınaqlardan həmişə üzüağ çıxmışıq. Bu dəfə də pozucu qüvvələrin məkrli niyyəti baş tutmadı. Azərbaycanda güclü xalq-iqtidar birliyi var. Xalq Prezidentimizin, dövlətimizin yanındadır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR