“KİV hər zaman dövlət maraqlarını şəxsi mənafelərdən üstün tutmalıdır” - MÜSAHİBƏ

Azad Əliyev: "Milli, etnik dini ayrıseçkilik yaratmaqla cəmiyyətimizdəki birliyi sarsıtmaq istəyən internet resursları mövcuddur"

Etiraf edilməlidir ki, Gəncə hadisələrinin şişirdilməsi,baş verən proseslərin məcradan çıxarılaraq cəmiyyətin çaşdırılmasına yönəldilməsində xaricdən idarə olunan saytlar və sosial şəbəkələr müəyyən rol oynayıblar. Nuraz.com , Abna.com, Aran.news, Qafqaz.ir, Rasthaber.com, Ru-clip.ru və s. bu kimi saytlar Azərbaycana qarşı qərəzli kampaniyada xüsusi canfəşanlıq göstəriblər. Maraqlıdır, bu internet resurslarının antiAzərbaycan fəaliyyətinin qarşısını necə almaq olar? Müsahibimiz "Həftə içi" qəzetinin redaktoru Azad Əliyevdir.

- Azad müəllim, xarici ölkələrdən idarə olunan, Azərbaycanda vətəndaş qarşıdurması alovlandırmağa, milli, etnik, dini ayrıseçkikiyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmağa çalışan saytlar, sosial şəbəkələr var. Sizcə onların məqsədi nədir?

- Azərbaycan son 15 ildə çox böyük uğurlara imza atdı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tbilisi-Qars, Şimal-Cənub nəqliyyat dəhlizi kimi  meqa layihələri dünyada çox az ölkələr reallaşdıra bilər. Bu gün Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşı, insan amili dayanır. Bu siyasətin və yuxarıda qeyd etdiyimiz layihələrin uğurla həyata keçirilməsinin başlıca şərti isə məhz ictimai-siyasi sabitliyin təmini, cəmiyyətdə xalq-iqtidar birliyinin sağlam təməl üzərində qurulmasıdır. Sadaladığımız amillər ölkəmizdə ən yüksək səviyyədədir. Müharibə şəraitində yaşamağımıza baxmayaraq Azərbaycan Ermənistan istisna olmaqla bütün sərhəd dövlətlərlə mehriban qonşuluq və sülh şəraitində yaşayır. Bu gün ölkəmizdəki tolerantlıq mühiti, multikultural dəyərlərin qorunması sahəsində yürüdülən siyasət dünyaya nümunə göstərilir. Maliyyə imkanlarımız sürətlə genişlənir. Biz artıq bölgədə hansısa qüvvələrin diqtəsi ilə hərəkət edən forpost yox, milli maraqlarımıza əsaslanan, xalqın iradəsinin hər şeydən üstün tutulduğu müstəqil siyasət aparan güclü liderə malik bir dövlətik. Məhz bu amillər dövlətimizin uğurluranı gözü götürməyən, bizi özlərindən asılı vəziyyətə salmağa çalışan, ən əsası isə erməni lobbisinin maraqlarına xidmət edən mərkəzlərin qara niyyyətləri ilə üst-üstə düşmür. Bu səbəbdən beynəlxalq səviyyədə ölkəmizə qarşı təzyiq metodlarının heç bir nəticə vermədiyini anlayan bu mərkəzlər yeni strateji xətt yürütməyə başlayıblar. Hədəf isə sualınızda da qeyd etdiyiniz kimi ictimai siyasi sabitliyi pozaraq vətəndaş qarşıdurması yaratmaq, milli, etnik dini ayrıseçkilik yaratmaqla cəmiyyətimizdəki birliyi sarsıtmaqdır. Bu hədəfə nail olmaq üçün isə sapı özümüzdən olan baltalardan istifadə edərək, Azərbaycanda sosial şəbəkələr və internetə heç bir məhdudiyyətin qoyulmamasından istifadə edərək müxtəlif saytlar vasitəsi ilə təbliğat aparmaqdır. İstər son prezident seçkiləri ərəfəsində, istər Avropa İttifaqı ilə aparılan danışıqlar zamanı biz bu proseslərin şahidi olduq. İyunun 26-da keçirilən möhtəşəm hərbi parad isə ölkəmizə qarşı aparılan antitəbliğat kampaniyasını sanki yenidən alovlandırdı.        

-Bu resursların Azərbaycandakı radikal dindarlarla əlaqələri və onlara təsir imkanları varmı?

- Biz tolerant cəmiyyətik. Əsas səmavi dinlərə inananların hüquqları ən yüksək səviyyədə qanunlar çərçivəsində qorunur. Bütün bunlara baxmayaraq bir faktı nəzərə almalıyıq ki, Azərbaycan 70 il Sovet İttifaqının tərkibində olub. Dinə münasibət isə həmin zaman üçün bəlli idi. Müstəqilliyimizin isə cəmi 27 yaşı var. Belə qısa zaman kəsiyində din kimi strateji əhəmiyyət daşıyan bir sahədə ideal mühiti formalaşdırmaq, dövlətimizə qarşı təhdid yarada biləcək məqamları tam olaraq ortadan qaldırmaq mümkün deyil. Təbii ki, müəyyən boşluqlar mövcuddur və dövlətimizin düşmənləri bu boşluqlardan maksimum yararlanmağa çalışırlar. Ancaq bu gün dövlətimizə xidmət edəcək, yad təsirlərə məruz qalmayan din xadimlərinin hazırlanması, kənar təsir qüvvələrin zərərsizləşdirilməsi, xarici missionerlərin fəaliyyətlərinin ciddi nəzarətə götürülməsi istiqamətində çox mühüm addımlar atılır. Ən əsası isə, cəmiyyətimizdə savadlılıq səviyyəsi 100 faizə yaxındır. Kənar təsirlərə məruz qalanların sayı digər ölkələrlə müqayisədə çox azdır. Bu da dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir. Ona görə də, bu resursların radikal dindarlar və onlara təsir imkanları olsa belə, dövlətimiz bu təhdidi tam olaraq neytrallaşdırmaq əzmindədir.

- Onların apardığı anti-Azərbaycan təbliğatının Azərbaycan ictimai rəyinə təsiri varmı?

- İctimai rəyi formalaşdıran əsas vasitələr bu gün sağlam təməl üzərində qurulub. Bununla belə informasiya və kommunikasiya texnologiyaları çox sürətlə inkişaf edir. İnsanlar arasında ünsiyyət vasitələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət olaraq biz də bu inkişafla ayaqlaşmalı və təhdid yarada biləcək boşluqları taparaq neytrallaşdırmalıyıq. Əsasən də sosial şəbəkələri nəzərdə tuturam. Bu şəbəkələrə üz tutanların çox hissəsinin gənclər olduğunu nəzərə alsaq məncə ciddi şəkildə düşünməliyik. Lakin bu anti-təbliğatın Azərbaycan ictimai rəyinə elə də ciddi təsir imkanlarının olmadığı qənaətindəyəm. 

- Bu resurslatın antiAzərbaycan təbliğatına qarşı hansı tədbirlər görülməlidir?

-İlk növbədə nəzarət tədbirləri güclənməlidir. Anti-Azərbaycan təlbiğatı aparanların informasiya resursları bloklanmalı, onların vətəndaşlarla təmas qurmaq imkanları minimuma endirilməlidir. Ən vacibi isə milli hissələrə, dövlətə, xalqa bağlılıq ruhunda gənc nəslin formalaşdırılması üçün ciddi maarifləndirmə işlərinə ehtiyac duyulur. Qannvericiliüimizdə sosial şəbəkələrlə bağlı boşluqlar aradan qaldırılmalıdır. Hüqüq-mühafizə orqanlarımız bu sahəni daha ciddi nəzarətdə saxlamalı və təhdidlərin mənbəyi tez bir zamanda ortadan qaldırılmalıdır. 

- Azərbaycan mediası, sosial şəbəkə istifafəçiləri bu resurslatın və onlatın arxasında duran qüvvələrin ifşa edilməsi üçün nə etməlidirlər?

- Bizim ən böyük düşmənimiz Ermənistan və erməni lobbisidir. Ölkəmizə qarşı çıxış edən mərkəzərin böyük əksəriyyəti də məhz onlara xidmət edir. Reallıq budur ki, Ermənstan və erməni lobbisi istər diplomatiya, istər hərbi, istərsə də iqtisvdi sahədə Azərbaycana dəfələrlə uduzub. Bu səbəbdən Ermənistanın xüsusi xidmət orqanlarının 60 faizi məhz sosial şəbəkələrdə oturaraq haqqında danışdığımız resurslardan istifadə edir və ölkəmizi daxildən zədələməyə çalışırlar. Məqsəd isə cəmiyyətimizdə inamsızlıq yaratmaqdır. Mətbuat nümayəndələri olaraq diqqət yetirməli olduğumuz başlıca məqam məhz budur. Çünki inamsızlığın dövlətimizə vurduğu zərəri biz 90-cı illərin acı təcrübəsində görmüşük. İctimai rəyi formalaşdıran əsas qüvvə kimi KİV hər zaman dövlət maraqlarını şəxsi mənafelərdən üstün tutmalıdır. Jurnalistlərimiz, ziyalılarımız, ümumiyyətlə dövlətini, xalqını sevən hər bir azərbaycanlı sosial şəbəkələrdə aktiv olmalı, ölkəmizə qarşı kampniya aparanlara tutarlı cavablar verməli, onların ifşası və planlarının baş tutmaması üçün illər boyu minlərlə şəhidlərimizin, qəhrəman polislərimizin qanı-canı hesabına əldə etdiyimiz birliyimizi qoruyub saxlamaq üçün çalışmalıdır.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR