“Heç bir xarici qüvvə Azərbaycan xalqının milli birliyini poza bilməz” - BƏYANAT

AKP Gəncə hadisələri ilə bağlı bəyənat yayıb

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Gəncə şəhərində yüksək çinli polis zabitlərinə qarşı törədilmiş  terror aktı ilə əlaqədar bəyanat qəbul edib.

AKP-dən "Olaylar"a daxil olan bəyəntda bildirilir ki, Azərbaycan Kommunist Partiyası 10 iyul 2018 -ci il tarixində  Gəncə şəhərində baş vermiş  terror hadisəsindən öz dərin narahatlığını bildirərək insanlıq əleyhinə olan bu aktı kəskin şəkildə pisləyir və  bu hadisə zamanı dünyasını dəyişmiş polis zabitlərinin   ailə üzvlərinə  və yaxın qohumlarına dərin hüznlə başsağlığı verir: "AKP Mərkəzi Komitəsi  Gəncədə   baş verən olayları, Azərbaycan dövlətçiliyi əlehinə yönəlmiş bir hadisə kimi dəyərləndirir və  ideoloji   baxışlarından asılı olmayaraq bütün siyasi partiyaları, ictimaiyyət nümayəndələrini, ziyalıları, zəhmət adamlarını milli maraqlar ətrafında birləşməyə çağırır.  AKP qeyd edir ki, ölkəmiz  üçün yaranmış belə təhlükəli anlarda   milli maraqlarlar əlehinə olan hər  hansı məsələ  heç vaxt müzakirə mövzusuna çevrilməməli, və buna təhlükə yarandıqda isə hər bir Azərbaycan vətəndaşı öz qəti mövqeyini ortaya qoyaraq, milli birlik nümayiş etdirməlidir".

AKP MK-nın sədri,  KPİ - Sov.İKP MŞ -nın üzvü Rauf Qurbanov bildirib ki, Azərbaycanda, terrora və terror çağırışlarına qarşı  sərt addımlar atılmalı, zinayətkarlar aşkar olunaraq ziddi zəcalandırılmalıdırlar. Azərbaycan xalqı  heç bir vəcdlə ona düşmən qüvvələrin Respublikamızda yaratmaq istədikləri özbaşınalığa, vətəndaş tabesizliyinə, xaosa yol verməməlidir. Sosial şəbəkələrdə,   KİV - də dövlətçilik ələhinə çağrışlar yolverilməzdir və bunun qarşısı tam ciddiyyəti ilə alınmalıdır:"XXI əsrin əsas probleminə çevrilmiş terror bütün bəşəriyyət əleyhinə yönəldilmiş bir aksiyadır. Azərbaycan dövləti  bu cür xoşagəlməz hadisələrlə  dəfələrlə qarşılaşmış və həyatın bu ağır sınağından milli birlik nümayiş edərək alnı açıq çıxmışdır. Bu dəfə də belə olacaqdır. Heç bir xarici qüvvə Azərbaycan xalqının iradəsini qırıb, onun milli birliyini poza bilməz. Terrorizmə qarşı mübarizə təkcə bir dövlətin yox, bütün tərəqqipərvər bəşəriyyətin birgə mübarizəsi olmalıdır. Azərbaycan kommunistləri bütün dünya dövlətlərini terrorizmlə birgə mübarizə aparmağa çağırır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR