Bəhruz Quliyev: “Media sahəsində fəaliyyət göstərənlər, jurnalistlər sosial şəbəkələrdə çirkin niyyətlərini reallaşdırmağa çalışan ünsürlərin ifşası istiqamətində davamlı işlər aparmalıdırlar”

"Gəncə hadisələri zamanı biz, digər məsələlərin da şahidlərinə çevrildik. Bu, bəzi saytlarda və sosial şəbəkə səhifələrində xalqın itaətsizliyə, dövlət qanunlarına tabe olmamaq, qarşıdurmalar yaratmaq çağırışları ilə bağlı olan məsələlərdir".

Sözügedən fikirləri Olaylar.az -a açıqlamasında "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev mövzu ilə bağlı münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, sirr deyil ki, istənilən xəbər resursu, informasiya saytı müəyyən maliyyə mənbələri əsasında fəaliyyət göstərir. Lakin yuxarıda qeyd edilən çağırışların edilməsindən istər-istəməz belə bir sual yaranır: həmin saytların maddi ehtiyaclarını hansı dairələr, qüvvələr ödəyir: "Azərbaycanda internet və informasiya, eləcə də sosial şəbəkələr azaddır, heç bir məhdudiyyət yoxdur. Lakin bu o demək deyil ki, mövcud azadlıq faktorundan dövlət və xalq əleyhinə fəaliyyət göstərəsən. Artıq kifayət qədər bəllidir ki, belə mənbələr bilavasitə aldıqları tapşırıqlar və sifarişlər əsasında ölkədə xaos yaratmağa cəhdlər göstərdilər. Bəllidir ki, bəzi sosial şəbəkə resursları, saytlar xarici qüvvələrin maliyyəsi ilə planlı şəkildə idarə olunurlar. Məqsəd isə ölkəmizə mənəvi terror etmək və ya onlara informasiya dəstəyi verməkdir ". "Düşünürəm ki, bu tipli internet resursları barədə həm qanuni cəza tətbiq edilməli, həm də media sahəsində fəaliyyət göstərən jurnalistlər, mətbuat adamları rahatlanmamalı, xüsusilə sosial şəbəkə resurslarında öz çirkin niyyətlərini reallaşdırmağa çalışan ünsürlərin ifşası istiqamətində fəal işlərini davamlı şəkildə aparmalıdır". Bəhruz Quliyev qeyd edib ki, hər bir jurnalist bu vasitə ilə öz vətəndaşlıq borcunu yerinə yetirmiş olacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR