Yeni idarəetmə sistemi Türkiyəyə nə verəcək? - ANALİZ

Əsas odur ki...

Türkiyədə yeni sistemin ilk günü və yeni nazirlər kabinetinin təqdimatı oldu. Alınan qərarlara və yeni nazir seçimlərinə baxdıqda, Rəcəb Tayyib Ərdoğanın daha çox siyasətdən kənar və potensiallı simalarla mövcud sistem boşluqlarının həllini düşündüyünü və məhz buna görə də kabinetin 95 faizinin yeni simalardan təşkil olunduğunu görmək mümkündür.

Türkiyədə yeni formalaşan hakimiyyətlə bağlı fikirlərini bölüşən müstəqil ekspert Yadigar Nağıyev deyib ki, Ankara bu cəhətdən Kanada sistemini əsas almış ancaq özünküləşdirmiş bir model həyata keçirib: "Dəyişmədiyi nazirlər isə məhz bu səbəblərə xidmət edir. Süleyman Soylu, daxildə güclü oturuşmuş sistemə sahibdir. Xüsusilə xalqın içindən çıxması və terrorla mübarizəsinə görə AKP üçün daha çox dəstək toplaya bilir. Bununla yanaşı Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrakla mübahisəsi olmuş və müxalifət qanadından "Ərdoğan diktatordursa məhz kürəkənin rəqibini uzaqlaşdıracaqdır" deyilmişdir.Ancaq bunun əksinə Ərdoğan onları barışdırmış və yeni kabinetdə Soylunu saxlamışdır. Beləliklə daxili siyasətdə sabitlik olduğu kimi davam edəcək. Berat Albayrak, daha çox ekologiya və təbii sərvətlər naziri olaraq, Türkiyə üçün gənc və yeni nəfəs olub və böyük energetik danışıqların həllində aktiv şəkildə çalışan gənc kadrdır. Dünənki qərara əsasənsə, Türkiyənin yeni "Xəzinə və Maliyyə nazirliyinə" rəhbərlik edəcək. Məncə bu Albayraka Ərdoğan tərəfdən cızılmış yoldur. Məhz Ərdoğan Albayraka ilk enerji sahəsində işləmə imkanı verərək hər hansı FETO təxribatının olmamasını təmin etdi. Yeni qərarı ilə isə artıq ölkənin maliyyə və xəzinəsini bu təhlükədən müdafiə etdi . Rəcəb Tayyib Ərdoğan hər gün yüksələn dollardan narazı və müdaxilə edə bilmədiyindən şikayətçi idi. Yeni qərarla aktiv şəkildə müdaxilə edə biləcək. Hülusi Akar, 15 iyul hadisələri zamanı düşmən mövqeyinə keçmədən mübarizə apararaq, dövlətin prezidentin yanında olduğunu göstərərək, antiFETO əməliyyatlarına qarşı Suleyman Soyluya dəstək vermiş, ordu daxili sabitlik yaradaraq, Fərat Qalxanı, Afrin əməliyyatı və Qandil əməliyyatlarında Türkiyə ordusunun tam dəqiqliklə mübarizə aparmasınl təmin edərək xalq tərəfdən dəstəklənən biridir. Bunu bilən və daha çox ordunun güclü olmasını istəyən Rəcəb Tayyib Ərdoğan Hülusi Akarı yeni postla kabinetə əlavə edib. Mövlüd Çavışoğlu, Türkiyənin xarici işlərində aktiv şəkildə Ərdoğanın maraqlarına cavab verən xarizmatik diplomatdır. Çavuşoğlu hökümətin ən kritik görüşlərində iştirak edib və böyük əməliyyatların keçirilməsi üçün diplomatik zəmin yaradıb. Məhz bu halın olması həm hakimiyyət, həm də Ərdoğan üçün itirilməz nemətdir.

Fikrimcə, hələ də ədalət sistemində və iqtisadiyyatda problemlər var. Yeni sistemsə maksimum bu problemin həllinə kömək edəcək".

Digər ekspert Zeynal Əmralıyev isə deyib ki, Türkiyədə siyasi bir post olan vitse-prezdentliyə hər kəsin gözlədiyi kimi tanınmış bir siyasətçi deyil, elə də tanınmayan biri təyin edildi. Digər vitse-prezident vəzifələrinə hələ ki təyinat yoxdur və Ərdoğan onların da irəli zamanlarda müəyyənləşəcəyini açıqlayıb: "Rəcəb Tayyib Ərdoğanın dövlətin ikinci vəzifəsini nisbətən zəif və elə də tanınmayan şəxsə verməsi belə izah oluna bilər ki, o yeni sistemdə özündən sonrakı posta zəif bir fiqurun oturmasını istəyib. Çünki əlahiddə durumlarda onu əvəz edəcək şəxsin güclü siyasi fiqur olması onun üçün əlavə başağrısı gətirəcəkdi. Hər kəs bunun örnəyini Əhməd Davudoğlu ilə yaşadı. Digər vitse-prezidentlərin təyin olunmaması zənnimcə, mümkün struktur və lazımi kadr qıtlığının olması səbəbi ilə baş verdi". Ekspert bildirib ki, RəcəbTayyib Ərdoğan gözlənilən daha bir hərəkəti də etmədi: "Onu dəstəkləyən MHP lideri Dövlət Baxçalıya heç bir vəzifə verməməklə bərabər, gözlənilənin tam əksi olaraq bu partiyadan da heç kimi kabinetə daxil etmədi. Bu isə çox yaxında chr("39")chr("39")Cumhur İttifaqıchr("39")chr("39")da problemlərin yaşanacağına işarə edir. Çünki artıq dünən gecədən MHP içindəki çevrələr chr("39")chr("39")Biz AK Partiyanı niyə dəstəklədik?chr("39")chr("39") sualına cavab axtarır. Həqiqətən də Baxçalının özü də heç bu vəziyyəti gözləmirmiş kimi bir vəziyyətdədir. Baxçalının və partiyasının hələ ki yeni hökumətin tərkibinə münasibət bildirməməsi də buna işarədir. Süleyman Soylunun Daxili İşlər Nazirliyində saxlanılması da ictimaiyyətdə birmənalı qarşılanmadı. Bir müddət əvvəl Demokrat Partiyasının sədri olarkən müxalifət lideri kimi Ərdoğana demədiyini buraxmayan Soylu son olaraq müxalifləri şəhid cənazəsinə buraxmamaq barədə polisə verdiyi sərt tapşırığı ilə qalmaqal yaşatmaşdı. Buna hətta AK Partiya içində də sərt təpki gəlmiş, bu siyasi ayrı-seçkilik kimi dəyərləndirilmişdi. Mövlud Çavuşoğlunun Xarici İşlər Nazirliyində saxlanılması isə Ərdoğanın xarici siyasətini eynilə davam etdirəcəyi anlamına gəlir. Baş Qərgah Rəisi Hulusi Akarın müdafiə naziri təyin edilməsi gözlənilən idi. Çünki Akarın baş qərargah rəisi kimi səlahiyyət müddətinin bitməsinə çox az qalmışdı. Həm də Akar ordunu yaxşı bilən və nisbətən iddiasız bir generaldır. Bundan əla seçim olmazdı. Ərdoğanın maliyyə və xəzinadarlıq naziri vəzifəsinə isə əvvəlki hökumətdə enerji və təbii sərvətlər naziri olan kürəkəni Berat Albayrakı gətirməsi onu deməyə əsas verir ki,  prezident iş dünyasına və iqtisadiyyata nəzarəti gücləndirəcək. Buna görə iqtisadi qolu ailədən birinə tapşırdı. Keçmiş kabinetin güclü simalarından vurulan nazirlərdən diqqətçəkən adlar oldu. Əsas isə 3 şəxs daha çox danışılır. Numan Kurtlulmuş ola bilər növbəti bələdiyyə seçkilərində Ankaranın və ya İstanbulun merliyinə gətirilsin. Çünki əgər Kurtulmuş vurulsaydı, onun kadrı olan Əbdülhəmid Gül ədliyyə naziri təyin edilməzdi. Qeyd edim ki, Gül uzun muddət HAS Partiyada Kurtulmuşun müavini olub və onunla birlikdə AK Partiyaya keçib. Keçmiş baş nazir Binali Yıldırımın Parlamentin sədri olacağı demək olar ki, artıq dəqiqdi. Bəkir Bozdağın vurulacağı da gözlənilən idi. Çünki adı rüşvət qalmaqalında və FETO ilə bağlılıqda çəkilirdi. Mehmet Şimşəyə gəlincə isə böyük ehtimllla uzun illər ölkə iqdisadiyyatına rəhbərlik edən siyasətçini Ərdoğan Mərkəzi Bankın başına gətirəcək. Ərdoğan özü də zamanında Şimşəyi əsas bankın başına gətirmək isdədiyini demişdi". Zeynal Əmralıyev deyib ki, yeni hökumətin tərkibi ilə bağlı digər bir maraqlı məqam isə yeni nazirlərdən üçünün-səhiyyə naziri Fəxrəddin Qoca, mədəniyyət və turizm naziri Mehmet Ərsoy və təhsil naziri Ziya Səlçukun rəhbərlik edəcəkləri sahələrdə böyük şərkətlərin sahibi ölmalarıdı: "Yəqin ki, siyasi nəzakət qaydalarına əməl edərək yeni nazirlər şirkətlərini ətraflarına devr edəcəklər".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR