“Gəncədəki hadisələr bəlli ssenari üzərində cərəyan edir" - ŞƏRH

"Ümumiyyətlə Azərbaycanı istəməyən qüvvələrin planları hər zaman olub və olacaq".

Bunu İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı deyib.

"Sadəcə olaraq ölkəmizdə bu planları həyata keçirmək üçün münbit şərait yoxdur. Məsələn, bunlar Yaxın Şərq, Ermənistan, Gürcüstan və s. hamısını qarışdırmaqla məşğul idilər. Azərbaycanda isə bunlar 11 aprel Prezident seçkiləri zamanı və seçkilərdən əvvəl də öz niyyətlərini həyata keçirə bilmədilər. Ona görə də Gəncədəki hadisələr həmin ssenari üzərində cərəyan edir. Bütün bunlara baxmayaraq Azərbaycan cəmiyyətinin, xalqının mütləq əksəriyyəti bu təxribatlara qoşulmur. Bu sevindirici bir haldır. Kənarda olan Azərbaycanı istəməyən qüvvələrin məqsədi odur ki, ölkəmiz zəifləsin, dövlətimizi istədikləri kimi təzyiq etsinlər və monolit bir rejimə çevrilsin. Amma Azərbaycan Qərb, Rusiya, İranla bərabər səviyyəli münasibətlər qurub və bu uğurlu siyasətini davam etdirir. Təbii ki, bu da çoxlarının xoşuna gəlmədiyinə görə bu cür təxribatlara əl atırlar. Hesab edirəm ki, Azərbaycan dövlətçiliyinə qarşı bu cür cılız hərəkətlərin qarşısı alınıb və alınacaqdır".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR