Azərbaycanı sarsıtmağa cəhd vətən xainlərinin arzusu baş tutmayacaq - RƏY

Rövşən Qasımov: "Dövlətin ətrafında sıx birləşməklə vətəndaşlıq borcumuzu yerinə yetirməliyik"

Gəncədə baş verən hadisə bir daha deməyə əsas verir ki, dövlətə, dövlətçiliyə, milli dəyərlərə  təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı  öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. Xüsusən, Azərbaycan dövlətinin  terror çağırışlarına qarşı atacağı sərt addımlar ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir. Çünki, hər hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri yolverilməzdir.  Odur ki, sosial səhifələrin aktiv iştirakçıları və KİV nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və obyektiv yanaşmalı, qanun aliliyinə hörmət edtməlidirlər. Vəkil Rövşən Qasımov deyir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar  Vəliyevə qarşı törədilmiş terror aktının arxasında  xaricdəki antiAzərbaycan qüvvələri və daixldəki Vətən xainləri durur.  Odur ki, kimliyindən asılı olmayaraq Vətən xainləri müəyyənləşdirilib cəzalandırılmalıdır. Hamımız Azərbaycanın uğuru üçün ölkə rəhbərliyinin ətrafında sıx birləşməli və Vətənimizi canımız bahasına olsa belə qorumalıyıq. Çünki bizim Azərbaycandan başqa qiymətli müqəddəs heç nəyimiz yox: "Bu terror hadisəsi Azərbaycanda sabitliyi pozmağa çalışan antiAzərbaycan qüvvələrin planının tərkib hissəsi olaraq Azərbaycan dövlətçiliyinə qarşı yönəldilmiş qəsdin tərkib hissələrindən biridir. Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Şəhər sakinləri hər zaman onu sevib, bu gün də sevir. Qaldı ki Elmar Vəliyevə sui-qəsd məsələsinə, bu, radikal dinçilərin işidir. O adamın özü antiAzərbaycan qüvvələrin xüsusi xidmət orqanlarında çalışır". Vəkil bildirib ki, 2018-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktıdır: "Terrorçunun bacısı Yunanıstan respublikasında yaşayır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib. 2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb hadisə yerindən qaçıb.Ötən 6 ay ərzində onun necə və harada gizlənməsi, ələ keçməməsi sualı da açıq qalır. Digər tərəfdən, E.Vəliyevə sui-qəsd cəhdi etmiş adamın ikinci dəfə ona necə rahatlıqla yaxınlaşa bilməsi maraq doğurur.Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib və iyulun 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tutacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutub. Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib. Bütün sadalanan faktlar deməyə əsas verir ki, uzun müddət İranın Qum şəhərtində xüsusi hərbi hazırlıq keçən Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq istəyi olub".

R.Qasımov hesab edir ki, sözügedən hadisənin davamı olaraq iyulun 10-da Gəncədə baş verən  terror aktlarına, ictimai asayişi təmin edən polis əməkdaşını qətlə yetirənlərə, dövlətin Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görülməlidir. "Bu faktlar deməyə əsas verir ki, tanınmış dövlət nümayəndəsinə, eləcə də ictimai asayişi bərpa edən polis əməkdaşına qarşı sui-qəsd törətmək Azərbaycanda başlanıla bilən hər hansı bir dövlət əlehinə olunacaq hərəkətlərin yönəldicisi kimi qiymətləndirilməklə, bu cinayətin arxasında mütəşəkkil terror qrupundan əlavə geniş antiazərbaycan qüvvələrinin durduğunu göstərir. Bu sıradan bir şəxsin digər şəxsə qarşı törədilmiş cinayət hadisəsi kimi qiymətləndirilə bilməz. Terrorçunu dəstəkləyən daha geniş terror təşkilatının və terrorçularının durması və bunların xaricdən maliyyə dəstəyi alması şübhəsizdir. Belə bir terror aktının arxasında kim olursa olsun müəyyənləşdirilməli və layiqli cəzasını almalıdır. Bu gün Azərbaycanın iqtisadi və hərbi gücünün artması ölkəmizi istəməyən antiAzərbaycan qüvvələrinə və eyni zamanda, Ermənistana xoş gələn hal deyil. Azərbaycanı sarsıtmağa cəhd, eyni zamanda, Azərbaycanda vətəndaş qarşıdurması yaratmaq istəyən antiAzərbaycan qüvvələrin və daxildə olan vətən xainlərinin inkaredilməz arzusudur. Biz bu gün  Azərbaycan dövlətçiliyinin ətrafında daha da sıx birləşməklə vətəndaşlıq borcumuzu unutmamalıyıq. Hamımız Azərbaycanın uğuru üçün ölkə rəhbərliyinin ətrafında sıx birləşməli və Vətənimizi canımız bahasına olsa belə qorumalıyıq. Çünki bizim Aəzrbaycandan başqa qiymətli, müqəddəs heç nəyimiz yoxdur".

R.Qasımov əlavə edib ki, bir sıra xarici ölkələrin həsəd apardığı Vətənimizdə hökm sürən sabitlik və əmin-amanlıq, tərəqqi və quruculuq işlərinə, habelə xarici siyasət sahəsində uğurlarımıza və haqq mübarizəmizdə qələbələrimizə kölgə salmaq niyyəti güdən bəzi qüvvələr həm xaricdə, həm də daxildə məkrli niyyətlərini həyata keçirməyə ciddi cəhdlə çalışırlar. Bu cinayət əməllərində müqəddəs İslam dinimizin adından sui-istifadə olunması isə qətiyyən yolverilməzdir: "Azərbaycanın Vəkillər Kollegiyasın üzvü, vəkil kimi baş verən hadisələri və cəhdlərini birmənalı olaraq rədd edir, bunu ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdi kimi qiymətləndirirəm. Ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsini dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı təxribat kimi dəyərləndirir, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terror, İslami və insanlıq dəyərlərimizə zidd hesab edirəm". Onun sözlərinə görə, Azərbaycan Respublikasının vətəndaşları qanunun aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan möhtərəm dövlət başçımızı dəstəkləyirlər. Milli-mənəvi dəyərlərimizə ali diqqət və qayğı göstərən dövlət başçımızın siyasətini dəstəkləyən vətəndaşlar dövlətin bu kimi təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səylərini dəstəkləyirlər: "Biz vətəndaşları, dindarları, xüsusən, gəncləri dövlətçiliyimizə qarşı yönələn təxribat və məkrli çağırışlara uymamağa çağırıram. Bütün vətəndaşlar, o cümlədən vəkillər xaricdən məkrlə yönləndirilən belə təxribatların mahiyyətini öz çıxışları ilə xalqa çatdırmalıdırlar. Əminəm ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz".  

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR