
Azərbaycan Jurnalistlərinin İB-nin sədri Mədət Məmmədov bildirib ki, bu günlər Gəncədə baş verən hadisələri bir vətəndaş olaraq çox böyük ürək agrısı ilə izləyirəm: "Bunu vətənə ,dövlətçiliyə xəyanət hesab edirəm.Bu xəyanətkarlar unudurlar ki, müstəqil Azərbaycan dövləti dünyəvi dövlətə çevrilmişdir.Artıq Azərbaycanın gücü,qüdrəti,iqtisadi inkişafı bütün dünya tərəfindən qəbul edilir.Biz bu acınacaqlı olaya ictimai-siyasi qiymət verməliyik, mövqeyimizi bir mənalı bildirməliyik. Bu əsl mənada dövlətə və dövlətçiliyə zərbə vuran terror hadisəsidir. Heç bir terror, heç bir qüvvə müstəqil Azərbaycanı inkişaf yolundan döndərə bilməz.Heç bir düşmən unutmamalıdır ki, Azərbaycanda xalq-iqtidar birliyi yenilməzdir,sarsılmazdır. Biz bu terror hadisəsini qətiyyətlə pisləyirik və müstəqil Azərbaycanın gələcək inkişafı naminə hər şeyə hazırıq. Dövlətçiliyimizə qarşı yönələn hər bir cəhdin qarşısı qətiyyətlə alınacağına inanırıq".
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.