Aydın Quliyev: “Bütün media resurslarının fəaliyyətini yalnız dövlətimizin mənafeləri çərçivəsində tənzimləməlidir”

"Gəncə ixtişaşları xüsusi hazırlanmiş bir anti-Azərbaycan planının tərkib hissəsi olduğu üçün onun çox sayda aspektleri üzə çıxır və zaman keçdikcə üzə çıxmaqda davam edəcək.

Xüsusi diqqət tələb edən məsələlərdən biri dini radikal sosial şəbəkə səhifələri və idarə olunan internet resurslarıdır. Daxildən də dəstək alan və xaricdən yaxşı maliyyələşdirilən bu qurumların Gəncə hadisələrinin mahiyyətini yanliş yozumlarla çatdırmaqda necə ziyanlı rol oynadıqlarına hər kəs əmin oldu".

Bu fikirləri Olaylar.aza açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

Dövlətçiliyimizin və maraqlarımızın əleyhinə geniş fəaliyyət göstərən bu qurumlar cəzasız qalacaqlarına əmin olduqları üçün daha da fəallaşdıqlarını qeyd edən Aydın Quliyev bildirdi ki,  onların yaydığı hər bir tezisin içində qan tökməyə, dağıtmağa açıq çağırışlar var ki, bu həm bizim qanunlar, həm də beynəlxalq normalarla ciddi təqib olunmalıdır. "Məsuliyyətsiz internet resurslarının arxasında dayanan, onları maliyyələşdirən beynəlxalq dairələrin xarici mərkəzlərin ifşa olunmasını başa çatdırmalıyıq. Bundan başqa internet resursları, sosial şəbəkə istifadəçiləri və bəzi reket nəşrlərin məsuliyyətsiz davranışlarını önləmək üçün qanunvericilik normalarımızın  təkmilləşdirilməsinə ciddi ehtiyac var. Azərbaycan dövləti heç bir beynəlxalq təşkilatın sitatı, mülahizələrinə girov düşməyə borclu deyil və bütün media resurslarının fəaliyyətini yalnız dövlətimizin mənafeləri çərçivəsində tənzimləməlidir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR