Diaspor təşkilatları da ölkədə xaos yaratmaq cəhdlərini pisləyir

Azərbaycanda xaos, anarxiya yaratmaq, ölkədə ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr yenə iş başındadır. Bu günlərdə ölkədə bir-birinin ardınca həyata keçirilən təxribatlar, Gəncədə yaşanan silahlı insdent, bir qrup dindarın din pərdəsi adı altında ictimai asayişi pozmağa yönəlik cəhddə bulunması deyilənləri təsdiqləyir.

Ölkəmizin inkişafını istəməyən, onun adına ləkə gətirilməsini arzulayan həmin qüvvələrin antidövlətçilik, antixalq hərəkətləri cəmiyyətin bütün təbəqələri tərəfindən kəskin etirazla qarşılanır. Daim ölkəmizdə cərəyan edən prossləri diqqətlə izləyən, bu və ya digər dərəcədə qarşılaşdığımız təhdid və təhlükələrdən əndişə keçirən diaspor təşkilatlarımız da öz növbəsində son günlər ölkədə baş verən arzuedilməz hərəkətlərdən ciddi narahatçılıq keçirir, buna öz mövqelərini bildirirlər.

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva deyib ki, Gəncədə baş verən hadisə nəinki ürəkağrıdıcıdır, hətta xalqını sevən bütün azərbaycanlıları silkələyib, narahat edib: "Şəxsən mən bütün günü özümə suallar verir, lakin bu suallara cavab tapa bilmirəm. Axı Azərbaycan xalqının içində nə üçün vətən, xalq, dövlət xainləri yetişir? Məgər xalqını sevən bir insan xalqının oğluna, atasına, ailə başçısına qıyarmı? Ara qızışdıranlar, yetər artıq hər rola girdiniz. Yetər artıq Avropada girmədiyiniz, oynamadığınız rol qalmadı, əl çəkin bu iyrənc hərəkətlərinizdən. Azerbaycanı Suriyanın, Iraqın halına gətirməyin. Bəsdirin, uzun illərdir erməniləreəözünüzü güldürdünüz. Utanin Nizami Gəncəvidən". Naibə Hacıyeva deyib ki, Azərbaycan xalqı dövlətinin arxasında, yanındadır: "Buna əmin olun. Gəncədə baş verən hadisəni şiddətli qınayır, bu hadisəni törədənləri lənətləyir, layiqli cavab alacaqlarına inanıram". 
Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini  Samir Adıgözəlli isə bildirib ki, açıq-aşkar ölkəmizdə vətəndaş qarşıdurmasına, sabitliyin pozulmasına rəvac verən addımlar atılır: "Heç şübhəsiz ki, bu məqsədyönlü hərəkətlər Azərbaycan əleyhinə bəzi dairələr tərəfindən idarə olunur. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız aldadılaraq bu qaranlıq dairələrin məqsədləri üçün istifadə edilir. Bu gün məmur özbaşınalığından danışan və ona qarşı sərt mövqeyini bildirən ən birinci cənab prezident İlham Əliyevdir. Onun ən son xəbərdarlığı da məhz həddini aşmış məmurlara qarşıdır. Vətəndaş cəmiyyətinin üzvləri və bütövlükdə insanlarımız prezidentin bu prinsipial mövqeyinə dəstək olmalıdır. Başa düşməliyik ki, bu gün, xüsusilə sosial şəbəkələrdə heç bir əsası olmadan yayılan şaiyələr milli maraqlarımıza ziddir. Hər hansı bir məmura nifrətimizi bu şaiyələrə uyaraq ifadə edə bilmərik. Mənşəyi bilinməyən, gah dindar, gah da demokratiya donuna bürünmüş təxribatçı qrupların bu gün xalqın adından danışmağa heç bir haqqı yoxdur". BMD-in sədr müavini deyib ki,  Gəncədə baş vermiş sui-qəsd hadisəsi bütünlükdə Azərbaycanı qarışdırmağa yönəlmiş təhlükədir. Özünü bu vətənin övladı hesab edən, siyasi mövqeyindən və ideoloji baxışlarından asılı olmayaraq hər bir şəxs bu gün ölkəmizdə sabitliyin müdafiəsində, ən əsası isə milli müstəqilliyimizin keşiyində durmalıdır".

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş cəhdləri kəskin tənqid edib: "İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxs xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasova kəsici-deşici alətlərlə yetirdikləri ağır zərbələr nəticəsində hər iki qanun keçikçisi şəhid olublar. Dövlətimiz, millətimiz və qanunun aliliyini qoruyan hər iki şəhid qardaşımıza Allahdan rəhmət diləyir, cinayətkarların qanun qarşısında ağır şəkildə cəzalandırılmasını tələb edirik". Təşkilat hesab edir ki,  Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir və onu dəyişdirməyə çalışan, bu haqqda düşünən, buna cəhd edən hər bir şəxs ağır şəkildə cəzalandırılmalıdır: "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi olaraq, ictimai asayişin, sabitliyin, inkişafın davam etməsi üçün dövlətimiz və xalqımızla birlik, bərabərlik içərisində olmaqla yanaşı, həm də bu cür radikal, təxribatçı quruplara qarşıyıq, onların bu gözəl ölkəmizdə qol-qanad açmasına əsla izin verməyəcəyik".

Niderland-Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli də Gəncədə baş verən qanlı hadisəni şiddətlə qınayıb: "Ölən də azərbaycanlıdır, öldürən də. Sosial mediada hər kəs bu hadisəni pisləyir". Təşkilat sədri deyib ki, Azərbaycan hüquqi bir dövlətdir və onun da bütün vətəndaşları və dövlət orqanları qanun çərcivəsində idarə olunmalıdır".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR