Fransa Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə tənzimlənə bilər.

Bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot bu gün keçirdiyi mətbuat konfransında deyib.

Ötən gün Brüsseldə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Makronla keçirdiyi görüşlərə diqqət çəkən Lakot, rəsmi Parisin vasitəçilikdən irəli gələn öhdəliklərinə sadiq olduğunu vurğulayıb. 

"Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli ola bilməz, yalnız sülh danışıqları vasitəsilə nizamlanma mümkündür. Fransa da bu mövqeyə sadiqdir", - deyə Lakot bildirib. 

Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı suala gəlincə, fransalı səfir bildirib ki, münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin iştirakçıları özləri danışıqların formatına dair ortaq məxrəcə gəlməlidirlər. 

Qeyd edək ki, ötən gün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutub, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub.


AzVision.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR