“Ölkəmizin hərbi gücü xalqımızın özünə inam hissini artırır”

Bu il biz əlamətdar tarix yaşayırıq, müstəqilliyimizin 100 illiyini qeyd edirik. Həmçinin ordumuzun yaranmasının 100 illiyi ilə bağlı möhtəşəm parad keçirdik. Bu parad ölkəmizin güc və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi".

Bu sözləri  millət vəkili Musa Quliyev Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı keçirilən parad və prezidentin çıxışı zamanı verdiyi mesajlar barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək gücündədir: "Prezident çıxışında dedi ki, ölkəmiz heç kimdən asılı olmayan, müstəqil siyasət yeridir. Azərbaycan öz iqtisadiyyatını, ordusunu qurub. Bu, hər ölkəyə nəsib olmur və çox qürurverici haldır".

Millət vəkili onu da deyib ki, dünyada böhran yaşansa da, Azərbaycanda sabitlikdir: "Sabit və inkişaf edən ölkə olaraq, vətəndaşlar üçün rahat mühit yaradılıb. Burada insanlar arasında fərq qoyulmur, tolerantlıq hökm sürür. Buna görə də Azərbaycanın dünyada nüfuzu getdikcə artır. Bu kimi məqamlar, həmçinin ölkəmizin hərbi gücü xalqımızın özünə inam hissini artırır. Düşmən də artıq gücsüzlüyünü və zəifliyini qəbul edib. Paraddan sonra onların ümidsizliyi daha da artıb. Əminəm ki, yaxın vaxtlarda qələbə paradımızı keçirəcəyik".

Azadinform

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR