Qabil Hüseynli: “Hərbi Parad çox şeyə nöqtə qoydu”

"Azərbaycan Milli Ordusunun 100 illiyi ilə bağlı Bakıda keçirilən Hərbi Parad təkcə Ermənistan yox, ümumiyyətlə Azərbaycan qarşı qərəzli mövqedə dayanan və Dağlıq Qarabağ problemi ilə bağlı ikili mövqe, standartlardan istifadə edən bütün ölkələrdə ciddi dönüşə səbəb olacaq. Amma bizim üçün ən vacibi danışıqlar prosesi və onun necə gedəcəyidir".

Bunu politoloq Qabil Hüseynli deyib.

"Əgər sülh danışıqları bir nəticə verməsə, məsələni fərqli müstəvidə həll edə bilərik. Ermənistanın baş naziri Nikol Paşinyan rejimi də bunu gördü. İndi Ermənistanda bəzi politoloqların şərhlərində sözsüz ki, dəyişikliklər hiss olunur. Bu gün Ermənistanın müharibə etməyə nə həvəsi, nə də potensialı var. Amma Azərbaycan öz 20 faiz ərazisini mütləq nəyin bahasına olursa-olsun azad etmək gücündədir. Təbii ki, bunu ortaya qoyan siyasi iradə də var. Azərbaycan Prezidenti İlham Əliyev Hərbi Paradda bunu qətiyyətlə bildirdi. Ermənistan da bu siyasi qətiyyəti aydın surətdə başa düşür. Yəqin ki, Ermənistan və onun havadarları həm danışıqlar prosesinə, həm də Azərbaycana münasibətdə müəyyən taktiki addımlara səy edəcəklər. Bu taktiki addımlarda müəyyən kompromislərin axtarılmasına səy göstərəcəklər. Hərbi Parad çox şeyə nöqtə qoydu", - deyə, politoloq fikrini tamamlayıb.

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR