“Ordumuz artıq qələbə paradı keçirməyi haqq edir”

"Prezident İlham Əliyevin məşhur şüarı var -Azərbaycan müstəqil dövlətdir, onun güclü ordusu var və bu ordu müstəqil Azərbaycan dövlətini qorumağa qadirdir. Fikrimcə, bu qısa cümlədə ifadə edilən fikirlər Azərbaycan ordusunun missiyasını və imkanlarını tam ifadə edir".

Bu sözləri Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar təşkil olunan parad barədə fikirlərini bölüşərkən deyib. O xatırladıb ki, 2016-cı ildə Ermənistan tərəfindən cəbhə xəttində törədilən təxribatlar və ordumuzun bu təxribatlara qarşı ləyaqətli cavabları göstərdi ki, prezidentin söylədikləri sadəcə şüar deyil, real gücə dayanan həqiqətlərdir: "2016-cı ildə başlanan estafet davam edir. Elə bu ilin içərisində, ötən ay ordumuz Naxçıvanda çox peşəkar əməliyyatlar keçirdi, düşmən təxribatına ləyaqətlə cavab verdi. Həmçinin Naxçıvanın işğal altında olan bir neçə kəndini nəzarətə götürə bildik. Hadisələri xronoloji ardıcıllıqla izləsək görərik ki, nizami ordumuz formalaşandan sonra düşmənin bütün təxribatlarına layiqincə cavab verilib".

M. Ələsgərlinin fikrincə, Aprel hadisələri və Naxçıvandakı olaylar Azərbaycan ordusunun gücünü bir daha nümayiş etdirib: "Müasir silahlarla təchiz edilmiş, müasir texnologiyalarla təmin olunmuş, milli vətənpərvərlik ruhuna malik ordumuz indi nəinki düşmən təxribatlarına layiqincə cavab verə bilir, həm də işğal altındakı torpaqları tamamilə azad etmək gücündədir. Ordumuz artıq qələbə paradı keçirməyi haqq edir və o gün çox da uzaqda deyil. 26 iyunda keçirilən parad ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi".

Azadinform

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR