"Polşa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə bütün səyləri dəstəkləməyə hazırdır"

Polşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə bütün səyləri dəstəkləməyə hazırdır.

Bunu Polşanın xarici işlər naziri Yatsek Kşiştof Çaputoviç deyib.

Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi xüsusi təşviş yaradır, çünki qoşunların təmas xəttində insidentlər olur.

Onun sözlərinə görə, beynəlxalq hüquqa uyğun nizamlanmalı olan münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur:

"Etimad əsasında davamlı sülhü təmin etmək lazımdır. Polşa münaqişənin hər iki tərəfinə sülh yolu ilə nizamlanmaya nail olmaqda kömək etmək məqsədilə bütün səyləri dəstəkləməyə hazırdır".

Y.K.Çaputoviç qeyd edib ki, Polşa ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini yüksək qiymətləndirir:

"Baxmayaraq ki, onlar tərəflərin yaxınlaşmasında böyük irəliləyiş əldə etməyiblər. Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2018-ci il yanvarın 18-də Krakov şəhərində görüşünün təşkilinə dəstək verdiyimizə görə şadıq. Həmin görüşün məqsədi qarşılıqlı etimadın möhkəmləndirilməsinə yardım idi ki, bu da sülh prosesində tərəqqiyə xidmət edən mühüm amildir. Polşa gələcəkdə də təşkilatları, strukturları və tərəfdaşları nizamlanma prosesinə praktiki və siyasi töhfə verməyə çağıracaq".

Xarici işlər naziri deyib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun komandası ATƏT-in bu regionda münaqişələrin qarşısının alınması üzrə səylərinə mühüm töhfə verir:

"Onlar qoşunların təmas xəttində monitorinq keçirir və zorakı insidentlərlə bağlı problemlərin həllinə kömək edirlər. Onlar yerlərdə vahid beynəlxalq nümayəndələr qismində etibarlı informasiya mənbəyidirlər. Biz şadıq ki, bu prosesə polşalı diplomat rəhbərlik edir".

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR