"Azərbaycan ordusu NATO standartlarına yaxınlaşır"

"Azərbaycanda sonuncu dəfə hərbi parad 2013-cü ildə keçirilmişdi. Son 5 ildə Azərbaycan ordusu xeyli inkişaf edib, modern silahlar və hərbi texnikalar alınıb, yerli hərbi istehsal artıb".

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan hərbçilərinin maddi-texniki bazası möhkəmləndirilib: "Azərbaycan ordusu tədricən sovet hərbi məktəbindən uzaqlaşır. Bunu son hərbi parad da göstərdi. Əgər 2000-ci illərə qədər Azərbaycan ordusu daha çox Rusiyadan aldığı silah və hərbi texnika ilə təhciz olunmuşdusa, son illərdə vəziyyət dəyişib. Azərbaycan ordusu NATO standartlarına yaxınlaşır. Bu özünü həm hərbçilərin geyimində, həm də alınan hərbi texnikada göstərir. Azərbaycanın silah aldığı ölkələrin sayı artıb. Bütün bunların dünyaya, o cümlədən Azərbaycan torpaqlarını işğal edən Ermənistana göstərilməsinə ehtiyac var idi.

Azərbaycan Prezidenti İlham Əliyev hərbi paradda çıxışı zamanı belə bir fikir işlətdi: "Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb". Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını işğal etdi və yanlış olaraq düşündü ki, məsələni öz xeyrinə həll etdi. Təxminən 10 il atəşkəsə riayət edildi. Azərbaycanda siyasi sabitlik yaradıldı, daha sonra isə yeni enerji layihələri hesabına maliyyə imkanları artdı. Bunun nəticəsində orduya əlavə vəsait ayrıldı və ordu xeyli peşəkarlaşdı - Ermənistana təzyiq artdı. Azərbaycanda ordu yeganə sahədir ki, xərcləri sürətlə artır. 2003-cü ildən bu günə qədər Azərbaycanın hərbi xərcləri 15 dəfə artıb. Beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymur, mexanizmlərini işə salmır".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR