Rusiyalı ekspert: “Qarabağ savaşı qaçılmazdır, Azərbaycan müharibəyə ciddi hazırlaşır”

Rusiyanın siyasi və hərbi analitika institutunun direktor müavini Aleksandr Xramçixin qeyd edib ki, Cənubi Qafqazda ciddi silahlanma balansı pozur.

Azərbaycan Ordusunun "Polonez" silahı əldə etməsi onun erməni ordusu qarşısında onsuz da qat-qat artıq olan gücünə əlavə güc qatır:

"Azərbaycan savaşa hazırlaşır. Bu silahlar da ona savaşda lazım olacaq".

Ekspert qeyd edib ki, Azərbaycan hərbi imkanlarını daha da genişləndirir. "Polonez" sistemindən isə taktiki və strateji vəziyyətə görə istifadə edəcək. Hər şey savaşın gedişatından asılı olacaq.

Aleksandr Xramçixin ehtimal edir ki, işğal altında olan Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatların bərpası qaçınılmazdır. Hər şey vaxtdan asılıdır. Bunun səbəbi isə danışıqlarda heç bir irəliləyişin olmamasıdır. Bu isə rəsmi Bakının səbrinin tükənməsinə səbəb ola bilər.

"Azərbaycan hərbi əməliyyatların bərpasında maraqlıdır. Azərbaycan ordusu radikal addımlar ata bilər. Çünki həm texnika həm də canlı kadr baxımından Azərbaycan ordusu qat-qat üstündür. Azərbaycan ordusu hərbi hava qüvvələrində də ermənilərdən üstündür", - deyə Xramçixin söyləyib.

Ekspert vurğulayıb ki, Azərbaycan ordusunun arsenalında olan ciddi və müasir silahlar Ermənistan üçün çox ciddi təhlükə və çətinlik yaradacaq. Çünki Azərbaycan ordusu ən müasir silahlarla təchiz edilir, hərbçilər isə Türkiyədə hazırlıq keçir. 2016-cı ilin aprel savaşı bunu sübut etdi. Aradan iki il keçib və Azərbaycan tərəfi daha da güclənib.

Ölkə.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR