Milli qurtuluşumuzda Heydər Əliyev və Ordu amili

Milli Azərbaycan Tarixi Muzeyində YAP "Azərbaycan Tarixçiləri" və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günü və 26 iyun - Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş "Milli qurtuluşumuzda Heydər Əliyev və Ordu amili" adlı tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə YAP Səbail Rayon Təşkilatının sədr müavini Muxtar Nağıyev, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev, GVB-nin sədr müavini, Qarabağ qazisi İslam Əzimov, tarixçi alimlər, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tədbiri açaraq bayram münasibətilə Azərbaycan xalqını təbrik edib. Akademik Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin quruculuğundakı aktiv fəaliyyətindən, Milli Ordumuzun ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı qəhrəmanlıq mücadiləsindən bəhs edib.

Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, Muzeyin YAP "Azərbaycan tarixçiləri" ilk ərazi təşkilatının sədr müavini Nasir Quluzadə çıxış edərək Muzeydə Milli Qurtuluş Günü və Silahlı Qüvvələr Günü münasibətilə mütəmadi keçirilən elmi-kütləvi tədbirlər haqqında məlumat verdi.Tədbirdə çıxış edən Gənc Vətənpərvərlər Birliyinin sədr müavini, Qarabağ qazisi İslam Əzimov milli ordunun yaranması tarixindən və müstəqillik dövründə inkişafından bəhs edib. Çıxışçılar Heydər Əliyevin siyasi dühasından, Milli Ordunun şücaətindən, bu mövzunun daim təbliğ edilməsinin əhəmiyyətindən danışdılar.
Sonra tədbir gənclərin ifasında musiqi nömrələri və milli rəqslərdən ibarət bədii hissə ilə davam edib. Tədbirin sonunda Milli Azərbaycan Tarixi Muzeyində mədəni və ictimai tədbirlərin təşkil olunması, Muzeyin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasında fəal iştirak edən şəxslər muzey adından "Təşəkkürnamə" ilə təltif olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR