Paşinyanın açıqlamaları həmsədrlərin masada olan təkliflərinə ziddir

"ATƏT-ın Minsk qrupunun həmsədrləri bir neçə ay fasilədən sonra regiona-işğalçı Ermənistana səfər etdi. Onalrın Bakıya gəlməyi gözlənilmir. Çünki, ötən ay xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə görüşmüşdü və bir daha Azərbaycanın danışıqlarda hər hansı bir dəyişiliklərə getmədiyini qeyd edib. Prinsipcə, həmsədrlər rəsmi Bakının mövqeyini bildiklərinə görə Bakıya gəlməyə ehtiyac görmədilər".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, deyib ki,

həmsədrlərin Yerevan səfərində əsas məqsəd yeni hakimiyyətin Qarabağla bağlı mövqeyi ilə yaxından tanış olmaqdır: "Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ konflikti ilə bağlı verdiyi açıqlamaları, birbaşa həmsədrlərin masada olduğu təkliflərə ziddir". Politoloq deyib ki, həmsədrlərin Paşinyanla apardığı danışıqlarda hansı nəticələrin əldə olunduğu bir neçə gündən sonra aydın olacaq: "Həmsədrlər Paşinyana danışıqlarda iştirak etməyini və proseslərdə aktiv olmağı diqqətinə çatdırıblar.

Qeyd edim ki, Nikol Paşinyan ilk gündən Ermənistanın münaqişə tərəfi olmadığına görə danışıqlarda iştirakını mümükünsüz hesab edir və Qarabağ separatçılarının tərəf olduğunu qeyd edir. Əgər, belə idisə özü həmsədrlərlə niyə görüşdü və danışıqlar apardı? Həmsədrlərə ilk gündən deyərdi ki, mənimlə deyil, Qarabağda qondarma rejimlə danışın. Deməli, Paşinyan özü də yaxşı bilir ki, münaqişə tərəfləri özüdür və danışıqlara Ermənistan məhkumdur".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR