Mübariz Qurbanlı Gədəbəydə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

"OLAYLAR"-a Dövlət Komitəsindən daxil olan məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 21-də Gədəbəydə Şəmkir, Ağstafa, Gədəbəy, Qazax və Tovuz rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Gədəbəy rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR