Səfir: "Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir"

Özbəkistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və dəstəkləməkdə davam edir.

Bunu eksklüziv müsahibədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Hüseynov deyib.

Səfir xatırladıb ki, Özbəkistan birinci prezidenti İslam Kərimovun rəhbərliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin tam həllinədək Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etmişdi:

"Bugünkü gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev dəfələrlə vurğulayıb ki, Daşkəndin münaqişə ilə bağlı mövqeyi dəyişməzdir".

H.Hüseynov hesab edir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı özünü çox yormur.

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR