"Heydər Əliyev prinsipial qərarları ilə qüdrətli ordudan da güclü idi"

"1993-cü ildə xalqın, ölkə ictimaiyyətinin ümid bəslədiyi, inandığı Ulu Öndər Heydər Əliyev idi. Keçmiş hakimiyyətdə təmsil olunanların idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı dövrdə xalqımızın böyük oğlu Heydər Əliyevə üz tutulması təsadüfi deyildi". Bunu  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov deyib.

Onun sözlərinə görə, hər kəs yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız bu böyük insan aradan qaldıra bilərdi: "Bunun üçün Ulu Öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Bu müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Zamanı, bütöv dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən qüdrətli, müdrik, dahi şəxsiyyətdir. Tarix əbədililiyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanların, şəxsiyyətlərə borcludur. Heydər Əliyev uzaqgörən ideyaları, real fikirləri, prinsipial qərarları ilə qüdrətli ordudan da güclü idi. O, ağlı, biliyi və təcrübəsi ilə hər şeyə qalib gəlib.

Tarixi şəxsiyyət Heydər Əliyevin böyüklüyü onda idi ki, hakimiyyətin Ona qarşı həyata keçirdiyi təxribatlar, qarayaxma kampaniyasına baxmayaraq, ağır günlərdə xalqın köməyinə çatdı. O xalqı parçalanmaqdan, qardaş qırğınında qurtardı. Vaxtilə Ulu öndər Heydər Əliyevi təqib edən, Naxçıvanda onu devirmək, onu Azərbaycandan sıxışdırıb çıxartmaq istəyən o vaxtki iqtidar belə bir zamanda əlacsız qalaraq Heydər Əliyevə müraciət etdi. Ancaq ondan əvvəl Ümummilli liderə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar xalqın igid oğlunun Bakıya dəvət etdilər. Bu qayıdış Azərbaycan xalqınının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı.

Bu gün Ümummilli liderimiz aramızda olmasa da onun bizlərə qoyduğu ərmağan möhkəm təməllərə əsaslanmışdır. Biz Gənclər həmdə ona görə xoşbəxtdik ki, məhz Heydər Əliyevin zəngin ideyalarının davamçısı olan layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında gəlcəyə addımlayırıq. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz. Bu yüksəliş Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi konsepsiyasının akternativsizliyini tam dolğunluğu ilə təsdiq edir".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR