Bişkekdə DYƏT-in Nazirlər Müşavirəsinin 46-cı sessiyası keçirilib

Qırğızıstanın paytaxtı Bişkekdə Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Nazirlər iclasının 46-cı sessiyası keçirilib.

"OLAYLAR" xəbər verir ki, sessiyada DYƏT üzvü olan 24 ölkənin - Azərbaycan, Belarus, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Gürcüstan, Koreya Xalq Demokratik Respublikası, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Macarıstan, Moldova, Monqolustan, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Slovakiya, Tacikistan, Türkmənistan, Ukrayna və Vyetnamın, eləcə də bu nəqliyyat sahəsi üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak ediblər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndə heyətinə Hüquq şöbəsinin müdiri Nicat Quliyev başçılıq edib. Sessiyada bir sıra məsələlər haqqında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

Sessiya zamanı Azərbaycan nümayəndə heyətinin işlədiyi təkliflər və qeydlər əsasında "Azərbaycan Dəmir Yolları" QSC üçün mühüm olan qərarlar qəbul edilib.

Həmçinin, sessiyada Koreya Respublikasının DYƏT-ə üzv qəbul edilməsi qərara alınıb.

Tədbirin sonunda müvafiq protokol imzalanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR