Vüqar Rəhimzadə: ""Media Klub" Soros Fondu tərəfindən təlimatlandırılan missiyadır"

"Media Klub"un yaradılması xoş niyyətli deyil. Hesab edirəm ki, ora toplaşan insanların indiyədək hansı qrantlar əsasında fəaliyyət göstərdikləri də göz önündədir".

Bu fikirləri "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, "Media Klub"un üzvləri birmənalı şəkildə Azərbaycan cəmiyyəti üçün müsbət heç nə vəd edə bilməzlər: "Onların əsas məqsədi Azərbaycan mətbuatını ləkələmək, dünya ictimaiyyətində mətbuatımızla bağlı mənfi rəy formalaşdırmaqdan ibarətdir".

V.Rəhimzadə qeyd edib ki, bu gün ölkəmizdə Mətbuat Şurası fəaliyyət göstərir və bu qurumun ətrafında kifayət qədər peşəkar media nümayəndələri toplaşıb: "Belə olan halda, "Media Klub"un fəaliyyətinə ehtiyac yoxdur. Onların istəyi mətbuata zərbə vurmaqdan ibarətdir. "Media Klub" xarici qrantlar əldə etməklə onların istəklərini yerinə yetirmək niyyətindədir. Orada təmsil olunanlar bu haqda düşünməli və ölkəmizi sevməyən ermənipərəst qüvvələrin maliyyələri hesabına göstərəcəkləri fəaliyyəti göz önünə gətirməlidirlər".

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti bu cür qruplaşmaların haradan maliyyələşdiyini və hansı çirkin məqsədlər üçün bir araya gəldiklərini çox gözəl bilir: "Azərbaycanda kifayət qədər media qurumları və mətbuatla əlaqədar qeyri-hökumət təşkilatları var ki, onlar ölkə qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərirlər. Amma "Media Klub" Soros Fondu tərəfindən təlimatlandırılan, digər anti-Azərbaycan qüvvələr tərəfindən maliyyələşən və onların diktəsinə xidmət üçün yaradılan missiyadır".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR