“Ermənistanın Rusiyadan asılılığın aradan qaldırması iddiası sadəcə infantil təsəvvürdür”

Qafqaz İnstitunun direktoru, politoloq Aleksandr İsgəndaryana görə, Moskvada Lavrov-Manasakanyan görüşü və onun nəticələri mühüm olsa da, daha çox tanışlıq xarakteri daşıyıb.

Bu barədə Ermənistanın 1in.am saytının rusdilli bölməsinə açıqlama verən erməni politoloqunun fikrincə, Manasakanyan əslində Lavrovu tanıyır, sadəcə onun nazir statusundakı birinci görüşü Ermənistan üçün mühümdür.

"Qarabağın danışıqlar masasına oturmasında perstpektiv görmürəm"

Maraqlıdır ki, Aleksandr İsgəndaryan Nikol Paşinyanın Qarabağın erməni icmasının danışıqlar masasında iştirak etməsi iddiasının perspektivsiz olduğunu bildirib. "Qarabağ problemi məsələsinə gəlincə, hesab etmirəm ki, qarabağlı ermənilər danışıqlar masasına oturarlarsa, bunun hər hansı bir perspektivi olsun"-deyə qeyd edən erməni politoloqu həmçinin deyib ki, bu kimi iddia sadəcə Ermənistanın daxilinə hesablanmış ritorikadır.

İsgəndəryan Rusiyanın Ermənistanın bu ölkədən asılı olmayacağı ilə bağlı narahatlıq keçirməsi mümkünlüyünə dair sualı cavablandırarkən deyib ki, o Rusiyanın hər hansı bir narahatlıq keçirməsinə inanmır.

"Əgər cənab Paşinyanın yerinə hakimiyyətə Konfusi, Şopenhauer, yaxud Tereza Ana gəlsəydi belə, Ermənistan Rusiyadan asılı ola bilməzdi"

"Rusiyanın elə analitik mərkəzləri var ki, onlar bu ölkənin liderinə məsləhətlər verirlər və həmin mərkəzlərin bu cür düşünmələrinə inanmıram, onlar bu qədər ağılsız deyillər. Çünki Ermənistan Rusiyadan asılı olmaya bilməz".

Erməni politoloqu Ermənistanın İrandan da, Gürcüstandan da, Avropadan da asılı olduğunu bildirib. "Ermənistanın daxilində bəzi dəyişikliklər baş verəndən sonra Rusiyadan asılılığın aradan qaldırması iddiası sadəcə infantil təsəvvürdür"-deyə İsgəndəryan qeyd edib: "Əgər cənab Paşinyanın yerinə hakimiyyətə Konfusi, Şopenhauer, yaxud Tereza Ana gəlsəydi belə, Ermənistan Rusiyadan asılı ola bilməzdi, bütün hallarda Ermənistan Rusiyada asılıdır".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR