Paşinyanın danışıqlar prosesini pozmağa yönəlik cəhdləri

Və ya danışıqların ruhuna zidd olan üçüncü tərəfin iştirak təşəbbüsü

Ermənistanda hakimiyyəti inqilab yolu ilə zəbt etmiş baş nazir Nikol Paşinyan siyasi səriştəsizliyini, idarəetmə bacarığının olmadığını, ən əsası beynəlxalq hüquq və prinsipləri bilmədiyini addım başı sübuta yetirir. Paşinyanın baş nazir kimi fəaliyyətə başladığı ilk gündən Qərblə Rusiya arasında seçim etməkdə aciz görünməsi onun siyasi səriştəsizliyindən xəbər verirdisə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə üçüncü tərəfin, daha dəqiq desək separatçı rejimin cəlb edilməsi ilə bağlı şərti onun beynəlxalq hüquq və prinsipləri bilmədiyini ortaya qoyur. Məlum olduğu kimi, Paşinyan baş nazir kimi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlar prosesinə Dağlıq Qarabağdakı separatçı rejimin də üçüncü tərəf kimi qatılması şərtini irəli sürüb. İnqilabçı baş nazir hətta iddia edib ki. əks təqdirdə danışıqlar prosesinin heç bir mahiyyəti olmayacaq.

İlk növbədə onu qeyd etmək lazımdır ki. Paşinyanın məlum mövqeyi yuxarıda vurğuladığımız kimi beynəlxalq hüquq və prinsiplərə siddir və problemin həlli istiqamətində aparılan danışıqlar porsesinin ruhuna uyğun deyil. Bu gün bütün dünya qəbul edir ki, Dağlıq Qarabağ problemi iki tərəf arasındadır. Azərbaycan və Ermənistan. Eyni zamanda dünya dövlətləri. Beynəlxalq təşkilatlara o da məlumdur ki. Dağlıq Qarabağ problemi Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi səbəbindən meydana çıxıb. Və 20 ildən artıqdır ki. Ermənistan bu işğalı davam etdirir. Baxmayaraq ki. başda BMT olmaqla dünyanın nüfuzlu təşkilat və qurumları Ermənistanın işğal altında olan Azərbaycan ərazilərini tərk etməsi ilə bağlı bir neçə qətnamə qəbul edib, amma işğalçı ölkə bu günə qədər həmin qətnamələrə əməl etmir.  Əksinə hər vasitə ilə problemin həllinə mane olmağa, danışıqlar prosesini yubatmağa çalışır. Elə Nikol Paşinyanın danışıqlar prosesinə üçüncü tərəfin cəlb edilməsi təşəbbüsü də bunun əyani sübutudur.

Ermənistan baş nazirinin bu təşəbbüsünün beynəlxalq səviyyədə dəstək görməməsi isə inqilabçı liderin xarici siyasət sahəsində üzləşdiyi növbəti uğursuzluqdur. Çünki beynəlxalq təşkilatlar da yaxşı bilirlər ki, danışıqlar prosesinə separatçı tərəfinn cəlb edilməsi məsələnin həllini daha da qəlizləşdirər və danışqlar prosesi ümumiyyətlə tamamilə dayanar. Ona görə də, Paşinyanın məlum absurd təşəbbüsü heç bir dəstək qazanmır. Bəs belə olan halda Nikol bu təşəbbüsü, şərti nəyə hesablayıb?

Burada bir neçə amil var. İlk növbədə Nikol Paşinyan Qarabağ klanının rəğbətini qazanmağa çalışır. Məlumdur ki, separatçı rejimin hazırkı rəhbərliyi sabiq prezident Serj Sərkisyanın komandası hesab edilir və bu komanda Nikol Paşinyanın hakimiyyətini qəbul etmir. Elə son həftələrdə Qarabağda Paşinyan əleyhinə keçirilən aksiyalar da bunun bariz nümunəsidir. Ona görə də Paşinyan separatçı rejimdə ona qarşı artan narazılıqları aradan qaldırmaq üçün belə bir blef edir. Paşinyanın özünə də bəllidir ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışqlar prosesinə üçüncü tərəfin cəlb edilməsi mümkünsüzdür. Bunu nə beynəlxalq təşkilatlar, nə də Azərbaycan tərəfi qəbul etməz.

Paşinyanın danışıqlar prosesinə üçüncü tərəfin cəlb edilməsi şərtinin digər bir məqsədi, məramı isə ümumiyyətlə bu prosesə mane olmaqdır. Ümumiyyətlə, Ermənistana rəhbərlik edən bütün hakimiyyətlərin əsas məqsədi ondan ibarət olub ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə maneçilik törədilsin və bununla da mövcud status-kvo saxlanılsın. Amma, bu da birmənalıdır ki, Azərbaycan tərəfi qətiyyən mövcud status-kvonun saxlanmasını istəmir və ölkə rəhbərliyi müntəzəm olaraq beynəlxalq təşkilatları onun dəyişməsi üçün hərəkətə keçməyə çağırır. Elə bu günlərdə də dövlət başçısı Ramazan ayı münasibətilə verilən iftar zamanı bunu bir daha açıq şəkildə bəyan etdi. Və bildirdi ki, danışıqlar prosesinə mane olmaq birbaşa Ermənistan üçün ziyanlı olacaq və işğalçı ölkənin rəhbərliyi bundan nəticə çıxarmalıdır. Əks təqdirdə baş verə biləcək istənilən xoşagəlməz hadisəyə görə məsuliyyəti Ermənistan rəhbərliyi daşıyacaq.

Azərbaycan rəhbərliyinin işğalçı ölkəyə xəbərdarlığının ardınca Naxçıvan Muxtar Respublikasında 11 min hektar ərazinin nəzarətə götürülməsi və bir neçə kəndin erməni təhlükəsindən xilas olması əslində Azərbaycan Prezidentinin sözlə yanaşı əməldə də İrəvana xəbərdarlığının göstəricisidir. Dövlət başçısının da qeyd etdiyi kimi bundan sonra Ermənistanın yeni rəhbərliyinin bunlardan nəticə çıxaracağı və əvvəlki xunta hakimiyyətinin yol verdiyi cəhvləri təkrarlamayacağına ümid edirik. 

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR