Deputat: “Qanunların tərcüməsi bərbaddır”

"Qanunlar xarici dildən nə qədər düzgün və səlist tərcümə olunarsa bir o qədər yaxşı olar".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasında deputat Rəfael Hüseynov bildirib.

R.Hüseynov əlavə edib ki, bir çox hallarda tərcümələrin ele də səlist olmaması sonda qeyri-müəyyənliyə gətirib çıxarır.

Deputat Səməd Seyidov da bu məsələdə həmkarını dəstəkləyərək bildirib ki, tərcümələr nə qədər səlist və oxunaqlı olarsa daha yaxşı olar. "Biz bununla kimlərinsə əməyini kölgə altına almaq istəmirik. Lakin tərcümə zamanı ciddi olmaq lazımdır. Bununla baglı biz XİN-ə bir neçə dəfə təkliflərimizi vermişık".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR