Yerevan Belarusun Bakıya silah verməsi barədə

Yerevan Belarusun Azərbaycana silah verməsini tənqid edib. 

Ermənistan xarici işlər nazirinin yeni müavini Ruben Rubinyan Minskin bu addımını "məntiqsiz" adlandırıb. 

"Belarusun bizimlə dostluq münasibətlərində olması, bir sıra çoxtərəfli formatlarda bizimlə birlikdə iştirak etməsini nəzərə alsaq, bizimlə münaqişədə olan ölkəyə silah verməsi təəssüfləndiricidir.

Hesab edirəm ki, keçmişdə olduğu kimi, gələcəkdə də bu məsələlərə lazımi qiymət verəcəyik", - Rubinyan bildirib. 

Rəsmi Yerevanın Bakı və Minsk arasındakı silah razılaşmasına belə reaksiyası ilk deyil. Bu məsələ Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistan baş naziri Nikol Paşinyanın Soçidəki görüşündə də müzakirə olunub.

Öz növbəsində, Lukaşenko hesab edir ki, Belarus heç bir razılaşmanı pozmur və heç kimin qarşısında hesabat verməyəcək. 

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də həyata keçirdiyi Müdafiə Nazirliyinin Raket Qoşunlarının "N" saylı hərbi hissəsinin açılış mərasimində Belarusun "Polonez" sistemləri və İsrail istehsalı "Lora" operativ-taktiki raket kompleksinə (OTRK) də baxış keçirib.

ww.oxu.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR