“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun təsdiqləndi

Milli Məclisin iyulun 12-də keçirilən növbədənkənar sessiyasında "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

"Olaylar" xəbər verir ki, sənəd barədə deputat Kamran Nəbizadə məlumat verib. O, qeyd edib ki, əvvəlki oxunuşla müqayisədə deputatların təklif etdiyi bir neçə düzəliş nəzərə alınıb. 5 fəsil, 17 maddədən ibarət yeni qanun layihəsində Azərbaycanın 1999-cu ildə qoşulduğu Espo Konvensiyasının, yəni transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiyanın müddəaları nəzərə alınıb.  Qanun layihəsi təsərrüfat və başqa fəaliyyətin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir və bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Qanuna əlavə olunmuş sənəddə 33 fəaliyyət növünün siyahısı verilib. ƏMTQ-nin əsas məqsədi həmin siyahıda yer almış fəaliyyətlərin həyata keçirilməsi (məsələn, karbohidrogen ehtiyatlarının hasilatı, neft və qaz emalı zavodlarının, metallurgiya zavodlarının tikintisi, su bəndlərinin və su anbarlarının, magistral avtomobil yollarının, dəmiryol x ətlərinin, hava limanlarının layihələndirilməsi və s.) zamanı ətraf mühitə mümkün mənfi təsirlərin aşkarlanıb aradan qaldırılmasıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR