Bakıda hərbi parada hazırlıq başladı - VİDEO

Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı iyunun 26-sı hərbi parad keçiriləcək.

Bununla bağlı artıq hazırlıqlar başlayıb.

Belə ki, şəhərin müxtəlif yerlərində paradda nümayiş olunacaq helikopterlər hərəkət edir. 

Əvvəlki illərdə olduğu kimi bu il də hərbi paradda Azərbaycan ordusunun ən müasir silah və texnikaları nümayiş olunacağı gözlənilir. 

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə ilk hərbi hissənin təsis edildiyi gün - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur. 

Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.

www.oxu.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR