Seymur Orucov: “Ordumuz bizim qürurumuzdur”

"Bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü orduları sırasındadır. Həm Azərbaycan ordusunun maddi-texniki bazası, hərbi hazırlığı, həm də hərbi strateji hazırlığı yüksək səviyyədədir. Bilirsiniz ki, Azərbaycan ordusunun maddi-texniki təminatı ilə bərabər onun savadlı kadrlarının olması da vacib şərtdir".

Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Onun sözlərinə görə, bu gün müstəqil Azərbaycan 25 il ərzində öz güclü ordusunu müasir tələblərə cavab verən şəkildə, vətənpərvər ruhda qurub: "Ordumuz bütün gücünü aprel döyüşlərində göstərdi. Həm döyüşlərin hazırlıq səviyyəsi, vətənpərvərlik, həm də əsgərlərimizin fədakarlığı buna ən böyük nümunələrdən biri idi. Məhz bunun nəticəsidir ki, biz qısa müddət ərzində dünyanın ən güclü 50 ordusu sırasına daxil olmuşuq. Hərbi paradların keçirilməsi də həmin o dövlətin qürurudur, dövlətin, millətin Vətənə olan sevgisinin bir göstəricisidir.

Azərbaycan ordusu bu güc nümayişi ilə düşmənlərimizə mesaj verir ki, biz artıq lazım olan döyüşə hazırıq. Xalq da ordumuza baxaraq qürurlanır və arxayınlaşır ki, onun arxasında güclü ordusu vardır. Təbii ki, biz müharibə tərəfdarı deyilik. Amma biz müdafiəmizi də gücləndirməliyik. Çünki bizim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi böyük problemimiz var. Bunun da ikinci alternativ yolu güclü ordudur. Bu məsələlər cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin də prioritet istiqamətlərindən biridir. Ordumuz bizim qürurumuzdur. Biz bütün şəhidlərimizi hörmət və ehtiramla anırıq və hər kəsi 100 yaşlı ordumuz münasibətilə təbrik edirəm".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR