“Bu gün Azərbaycan dünyanın ən peşəkar ordularından birinə sahibdir”

"Bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularındandır. Azərbaycan müstəqilliyini qazandığı ilk illərdə hakimiyyət ordu ilə bağlı konkret heç bir iş görə bilmədi. Bunum nəticəsi olaraq torpaqlarımız bir-birinin ardı ilə işğal olundu. Yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə xalqın təkidi ilə hakimiyyətə qayıdışı vəziyyəti dəyişdi. Heydər Əliyevin həyata keçirdiyi ilk islahat məhz ordu ilə bağlı oldu. Ordumuzun təkmilləşdirilməsi, dünya standartlarına cavab verməsi üçün xüsusi proqramlar, konsepsiyalar qəbul edilməyə başladı".

Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev isə bu siyasətin məntiqi davamı olaraq ordumuzu daha yeni bir mərhələyə daşıdı: "Bu gün Azərbaycan həm də öz Müdafiə sənayesini quran, dünyanın ən peşəkar ordularından birinə sahibdir. Ölkəmizin 20 faizinin işğal altında olması ordumuzun hər zaman, hər ötən il daha güclü olmasını şərtləndirir. İlham Əliyev bütün dünyaya sülh tərəfdarı olduğunu bəyan edib. Lakin o da sirr deyil ki, müasir Azərbaycan əsgəri hər an Ali Baş Komandanın əmrini gözləyir".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR