Energetika naziri Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa EmmaNikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti  Energetika Nazirliyində olub.

Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov Baronessa Emma Nikolsonun"Cənub Qaz Dəhlizi"nin rəsmi açılış mərasimi və 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirakını Böyük Britaniyanın Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi diqqətinin göstəricisi kimi qiymətləndirib. Baronessa Emma Nikolson isə  bildirib ki, "Cənub Qaz Dəhlizi" layihələrinin reallığa çevrilməsi Azərbaycanın enerji sahəsində növbəti uğurudur.

Görüşdə Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti ətrafında müzakirələr aparılıb,BP-nin iştirakı ilə həyata keçirilən qlobal enerji layihələrinin əhəmiyyəti, eləcə də "Cənub Qaz Dəhlizi"ninenerji təhlükəsizliyinin təminatında rolundan bəhs edilib. Neft-qaz ilə yanaşı gələcəkdə bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Davamlı enerji təminatında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı Azərbaycanın gördüyü işlər və planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparılıb. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR