Dini Komitə 2017-ci ilin yekunlarına həsr olunan “Hesabat” çap edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2017-ci ilin yekunlarına həsr edilən "Hesabat"ını çap edib.

"OLAYLAR"-a Dövlət Komitəsindən bildirilib ki, nəşr Komitənin 2017-ci il ərzində fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirləri, tətbiq etdiyi yenilikləri əhatə edir.

Nəşrin "Dini qurumlarla iş", "Dini radikalizmlə mübarizə", "Dini maarifləndirmə işi", "İslam Həmrəyliyi İli" və s. bölmələrində ötən il Dövlət Komitəsinin milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, respublikada dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində gördüyü işlər barədə məlumatlar və fotoşəkillər əksini tapıb.

"Hesabat"da Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Finlandiyada, İran İslam Respublikasında, Türkiyədə, Özbəkistanda, İspaniyada və Rusiyada keçirilən beynəlxalq konfranslar geniş işıqlandırılıb. Eyni zamanda, "İslam Həmrəyliyi İli"nin yekunlarına həsr edilən Prezident İlham Əliyevin və 40-a yaxın ölkədən 150-dək nümayəndənin iştirak etdiyi "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda keçirilən beynəlxalq konfrans haqqında məlumatlar verilib.

Nəşrdə ötən il ərzində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv xarakter daşıyan "Şəhadət" sənədli filmindən də bəhs edilib.

Jurnalda Azərbaycanın tolerantlıq təcrübəsi və multikultural ənənələrin ölkə xaricində təbliği istiqamətində Finlandiya, Almaniya, Belçika, Səudiyyə Ərəbistanı Krallığı, İsveçrə və digər ölkələrdə keçirilən yüksək səviyyəli görüşlər və tədbirlər barədə informasiyalar da yer alıb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrin Dövlət Komitəsinin fəaliyyətinin ictimaiyyətə geniş şəkildə çatdırılması baxımından əhəmiyyətli olacağına ümidvarıq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR