“Azərbaycana qarşı söyüş kampaniyası aparanlara cavab verin!” — Deputatdan ÇAĞIRIŞ

Milli Məclisin deputatı Musa Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini Siyavuş Novruzovun Azərbaycana qarşı söyüş kampaniyası aparan şəxslərə cavab verilməsi ilə bağlı çağırışına dəstək verib.

M.Quliyev açıqlamasında  Siyavuş Novruzovun bu cür mövqeyinə hörmətlə yanaşdığını bildirib:

"Anlayıram ki, Siyavuş müəllim ürəyi yandığı üçün belə danışır. Düzdür, ayrı-ayrı deputatlar xaricdən Azərbaycana qarşı şər-böhtan və söyüş kampaniyası aparan şəxslərə cavab verməlidir. 

Eyni zamanda düşünürəm ki, bu, Milli Məclis səviyyəsində müzakirə olunacaq məsələ deyil. Bunun üçün Azərbaycanın gənc və ictimai fəalları, müxtəlif siyasi partiya və ictimai hərəkatda olan insanları öz mövqeyini bildirməlidir".

Deputat M.Quliyev ölkə gənclərini və ictimai fəalları xaricdən Azərbaycana qarşı söyüş və təhqir kampaniyası aparan şəxslərə cavab verməyə çağırıb. 

Olke.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR