"Artıq Nalbəndyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır"

2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənsitan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılmışdı.

Bunu Ermənistan XİN-nin nümayəndəsini açıqlamasına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi:

"Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim.

Həm də artıq Nalbəndyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır".

Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR