Milli Məclis mayın 18-də 10 məsələyə baxacaq

Mayın 18-də Milli Məclisin növbəti plenar iclası keçriləcək.

"Olaylar"ın məlumatına görə, iclasın gündəliyinə 10 məsələ daxildir. Bunlar aşağıdakılardır: "Yanğın təhlükəsizliyi haqqında" qanuna dəyişiklik;"Hesablama Palatasının hesabatı haqqında" qanuna dəyişiklik; Əmək Məcəlləsinə dəyişiklik; "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi 3-cü oxunuşda; "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik; "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanuna dəyişiklik; "Dərman vasitələri haqqında" qanuna dəyişiklik; "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanuna dəyişiklik; "Hesablama Palatası haqqında" qanun layihəsi 2-ci oxunuşda;  "Təhsil haqqında" qanuna dəyişiklik.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR