Naxçivandan Ermənistana verilən mesaj

Ötən gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Naxçivan Muxtar Respublikasina səfər etdi. Səfər çərçivəsində dövlət başçısı Muxtar Respublikada bir sıra obyektlərin açılışında iştirak edib. Azərbaycan Prezidentinin Naxçıvana səfərində xüsusi diqqət çəkən məqamlardan biri dövlət başçısının Muxtar Respublikada N saylı hərbi hissəyə baş çəkməsi olub. Belə ki, prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Azərbaycan Prezidenti silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub. Ali Baş komandana "ORBİTER-3B" pilotsuz uçuş aparatı təqdim edilib. Bildirilib ki, cəmi 28 kiloqram çəkisi olan bu aparatla 5500 metr maksimal hündürlükdə canlı yayımda gecə və gündüz şəraitində düşmən ərazisində havadan kəşfiyyat aparmaq, aşkar edilmiş hədəflərin koordinatlarını təyin etmək mümkündür. Sürəti saatda 93 kilometr olan aparatın maksimal uçuş məsafəsi 120 kilometr, uçuş müddəti isə 7 saatdır.
Qarnizonun arsenalına yeni qəbul olunmuş 60, 82 və 120 millimetrlik minaatanlar üçün simulyator dəsti döyüş mərmilərini sərf etmədən, komplektində olan pnevmatik mərmilərlə praktiki atəş tapşırıqlarının yerinə yetirilməsi üçün təyin olunub. Komplektə 20 pnevmatik mərmi və 100 partlayıcı maddə daxildir.
Ali Baş Komandana təqdim olunan 82 millimetrlik minaatan batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti 5 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün hesabatların aparılması, 120 millimetrlik minaatan və 122 millimetrlik "D-30" haubitsalı artilleriya batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti isə 15-20 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün qurğuların hesablanmasına təyin olunub.
"Su-25" hücum təyyarəsi gündüz və gecə, adi və mürəkkəb hava şəraitlərində yerüstü və hava hədəflərini məhv etmək və bilavasitə döyüş meydanında quru qoşunlarına dəstək vermək üçün yaradılıb. Saatda 1000 kilometrədək sürət yığan bu döyüş təyyarəsi 7 kilometrə qədər yüksəklikdə uça bilir.
Dövlət başçısı "S-125-2 TM" zenit-raket kompleksinin nəqliyyat doldurucu maşınının da texniki-taktiki göstəriciləri ilə tanış olub.  Prezident İlham Əliyevə "SAND CAT" zirehli avtomobilinin taktiki-texniki göstəriciləri barədə də məlumat verilib.

Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Naxçıvana səfəri və orada hərbi hissədə olması analitiklər tərəfindən də yüksək dəyərləndirilir və bu işğalçı Ermənistana bir mesaj kimi dəyərləndirilir. Elə Cənubi Qafqazda Süıh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə hesab edir. O, bildirib ki,  dövlət başçısı İlham Əliyevin ötən gün Naxçıvana səfəri çərçivəsində Ermənistanın yeni hakmiyyətinin sərt ritorikası fonunda Yerevanın 50 km.də işğalçılara verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edir: "Qeyd edək ki, prezidentin Naxçıvanda birbaşa Ermənistana yönələn mesajları, Azərbaycan ərazisinə səfər edən baş nazir Paşinyanın Şuşada verdiyi bəyanatlarına qarşı sərt xəbərdarlığı idi. Çünki, işğalçı ölkədə "məxməri inqilabın" eyforiyasında olan baş nazir Nikol Paşinyan və qurduğu kabinet Qarabağ danışıqlarında masada olan təkliflərin dəyişdirilməsinin ehyamını vurur. Bununla paralel işğal olunmuş ərazilərimizdə hərbi təlimlər keçirirlər.

Göründüyü kimi rəsmi Yerevanın həm siyasi, həmdə hərbi müstəvidə ölkəmizə qarşı təxribatları yeni müstəviyə keçir. Dövlət başçısının məhz Naxçıvanda müasir və güclü ordunun olmasını qeyd etməsi, Yerevana bu istiqamətdən də təkcə müdafiə deyil, hücum əməliyyatları keçirə bilməsini xatırlatdı. Bu bəyanatdan işğalçı ölkə bilməlidir ki, təkcə, Qarabağ cəbhəsində deyil, Naxçıvan istiqamətində də ağır məğlubiyyətə uğraya bilər. Qeyd edim ki, son illərdə Naxçıvanın müdafiəsi ilə əlaqədar buradakı ordunun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində hərbi aviasiya parkının yatadılması (Naxçıvanda heç vaxt aviasiya parkı olmayıb), müasir raketlərlərlə, artilleriya və zirehli texnika ilə təchiz edilməsi, Ermənistanda ciddi narahatlıq doğurur. Bizim aviasiya parkının salınması, bu istiqamətdə düşmən üzərində havada üstünlüyümüzü şərtləndirir. Demək olar ki, Naxçıvan hərbi birləşməsi, Ermənistan ordusunu təkbaşına məğlub etmək iqtidarındadır və Muxtar Respublikanın müdafiəsini yüksək səviyyədə təşkil edir". Politoloq deyib ki, bundan sonra Ermənistan ordusunun Naxçıvan istiqamətində təxribatlara getməyəcəyi gözlənilir: "Bir məsələni qeyd edim ki, Rusiya -Ermənistan birgə qoşun birləşməsi məhz Naxçıvan istiqamətində yerləşdirilib. Ona görə ki, Türkiyə ilə birgə silahlı qüvvələrimizin burada mütəmadi hərbi təlimlər keçirməsi, Türkiyənin hərbi varlığının hiss edilməsi, bu istiqamətdə müdafiəni Rusiyanın ixtiyarına verib. Buna baxmayaraq, Qarabağda aktiv hərbi əməliyyatlar başlayarsa, Naxçıvan hərbi birləşməsi işğalçıya arxadan zərbə vurmalı, Mehri dəhlizini götürüb Naxçıvanla korridoru açmalıdır. Dünyada və regionda hərbi vəziyyət gərginləşir, yeni dünya nizamı formalaşır. Ona görə də istənilən ssenarini dəf edərək, işğal olunmuş əraziləri geri almalıyıq".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR