Spiker: “Qarabağ probleminin həll olunmaması dünyada sülh və sabitlik üçün ciddi təhlükə törədir”

"Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi çərçivəsində tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə böyük əhəmiyyət verir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin yubileyi münasibətilə keçirilən tədbirdə deyib.  Oqtay Əsədov qeyd edib ki, ölkələrimizin birgə səyləri ilə həyata keçirilən transmilli iqtisadi layihələr regionun zəngin təbii ehtiyatlarından, nəqliyyat imkanlarından və intellektual potensialından səmərəli istifadə etməyə imkan yaradır, ölkələrimiz üçün ümumi olan bir çox problemlərin həllinə yol açır: "Təşkilatın üzvü olan 3 ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin iştirakı ilə regionda bir sıra transmilli layihələr həyata keçirilmişdir, bəzi layihələr isə icra mərhələsindədir. Xəzər dənizinin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Azərbaycanın enerji potensialının dünyaya təqdim edilməsinə yönələn başqa nəhəng layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu, bölgənin tranzit potensialını inkişaf etdirən digər beynəlxalq nəqliyyat layihələri xalqlarımızın firavan gələcəyinin təmin edilməsinə yönəlmişdir. Bütün bunlar sübut edir ki, bölgəmizin dinamik inkişafı üçün hər cür şərait var. Lakin təəssüf ki, bir sıra münaqişələrin mövcudluğu regionun inkişafı yolunda böyük maneə olaraq qalır. Bizim zorla cəlb edildiyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması nəinki ölkəmizin inkişafını ləngidir, həm də regionda və ümumən dünyada sülh və sabitlik üçün ciddi təhlükə törədir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR