Spikerlər İstanbul Sammitində nədən danışıblar?

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 25-ci ildönümünə həsr olunmuş Spikerlərin İstanbul Sammitində iştirak edib.

MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirə QDİƏT PM-də nümayəndə heyətimizin başçısı, deputat Eldar Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də qatılıblar. Sammitin rəsmi açılışında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev, QDİƏT Parlament Məclisinin sədri, Albaniya parlamentinin sədri Gramoz Ruçi və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman çıxış ediblər. Çıxışlarda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin ötən dövrdəki fəaliyyətinin nəticələrinə nəzər yetirilib, perspektivlərdən, eləcə də təşkilatın işinə mane olan məsələlərdən danışılıb. Sonra təşkilatın 25 illiyinə həsr edilən film nümayiş olunub.Təşkilata üzv ölkələrin nümayəndə heyətlərinin başçılarının çıxışları dinlənilib. Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze, Bolqarıstan Xalq Məclisinin sədri Tsveta Karayançeva, Moldova parlamentinin sədri Andrian Kandu və başqaları Qara dəniz bölgəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar və şərtlər, üzv ölkələr arasında qarşılıqlı münasibətlərin əməkdaşlığa təsiri və s. məsələlər ətrafında fikir və mülahizələrini bölüşüblər. Qeyd olunub ki, mövcud münaqişələr təşkilatın səmərəli fəaliyyətinə mane olan başlıca amildir. Vurğulanıb ki, tranzit daşımalar üçün yeni beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması, ticarət əlaqələrinin genişləndirilməsi və enerji təhlükəsizliyi üzv ölkələrin maraqlarını təmin edir. Bu mənada Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi və açılışına hazırlıq görülən TANAP layihəsi xüsusilə təqdirəlayiq işlər sırasındadır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR